“1915-ci il olaylarının siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir”
Tarix: 24.04.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib. Bəyanat Türkiyə baş nazirinin saytında yayılıb.
Ərdoğan bildirib ki, Türkiyə vətəndaşı olan ermənilər və dünya erməniləri üçün xüsusi məna daşıyan 24 aprel, tarixi bir məsələyə dair düşüncələrin sərbəst şəkildə ifadə edilməsi üçün yaxşı fürsətdir: “Osmanlı İmperiyasının son illərinin türk, kürd, ərəb, erməni və digər millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olduğu danılmaz həqiqətdir. Ədalətli və vicdanlı mövqe, insanların dini və etnik mənşəyinə fərq qoymadan həmin dövrdə yaşanmış bütün acıları anlamağı tələb edir. Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi, ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini anmalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək. Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Birinci Dünya müharibəsi zamanı yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insanın öldüyü I Dünya müharibəsi əsnasında kütləvi köç kimi qeyri-insani nəticələrə səbəb olan hadisələrin yaşanması türklərlə ermənilər arasında qarşılıqlı insani rəftar və davranışların qurulmasına əngəl olmamalıdır. Bugünün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni qovğalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil. Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, kompromislərin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir”.
Ərdoğan 1915-ci il hadisələrinin elmi baxımdan araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması barədə təklifini xatırladaraq bu təklifin qüvvədə olduğunu vurğulayıb: “Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib”. Ərdoğan açıqlamasının sonunda XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info