“Azərbaycan regionda İspaniya üçün vacib ölkədir”
Tarix: 24.04.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


İspaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyir

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov bildirib ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər hələlik lazımi səviyyədə deyil, amma əlaqələrin inkişafı üçün perspektiv imkanlar var. Nazir deyib ki, ölkələrimiz arasında siyasi münasibətlər yaxşı səviyyədədir. İspaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyir: "Həmkarımla görüşdə regional əməkdaşlıq və Ukraynadakı vəziyyəti müzakirə etdik. Azərbaycan habelə İspaniya şirkətlərini Azərbaycanla əməkdaşlığa çağırıb". O bildirib ki, İspaniya Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə də maraq göstərir. E.Məmmədyarovun sözlərinə görə, iki ölkə həmçinin üçüncü ölkələrə - Afrika ölkələrinə birgə yardım göstərməklə bağlı razılığa gəliblər. Xose Manuel Qarsia-Marqallo Azərbaycanın regionda İspaniya üçün vacib ölkə olduğunu deyib. İspaniyalı nazir bildirib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında razılaşma mövcuddur. İspaniya Azərbaycan ilə siyasi münasibətlər üzrə memorandum imzalamaq niyyətindədir. İspaniyalı nazir qeyd edib ki, bu sənədin Azərbaycan Prezidentinin İspaniyaya səfəri zamanı imzalanması gözlənilir. Qonaq nazir bildirib ki, İspaniya Azərbaycanla əməkdaşlığa marağı nəzərə alaraq Bakıda daimi nümayəndəlik açır. Elmar Məmmədyarov brifinqdə onu da qeyd edib ki, Azərbaycan Xəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsinin tərəfdarıdır. O bildirib ki, Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri payızda Həştərxanda keçiriləcək sammitlə bağlı müzakirələr aparıblar və qarşıdakı aylarda İranda nazir müavinləri səviyyəsində görüş planlaşdırılır: “Əgər ekspertlər yekun sənəd ətrafında müzakirələri yekunlaşdıra bilməsələr, nazirlər səviyyəsində də görüş ola bilər. Moskva görüşü çox konstruktiv olub. Beş ölkə tam şəkildə razıdır ki, prosesdə irəliləyiş olsun. Müxtəlif məsələlər açıq şəkildə müzakirə olunub. Bu görüş Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info