“Azərbaycan sürətlə inkişaf edən ölkədir”
Tarix: 24.04.2014 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Vilhelm Hölkemayer: “Azərbaycan neft
gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldib
və bunun uğurlu nəticələri göz qabağındadır”


Almaniyanın “Südwest Presse Online” elektron mətbuatında Azərbaycan “Günün mövzusu” elan edilib və jurnalist Vilhelm Hölkemayerin “Qafqaz ölkəsi Azərbaycan Qərbə meyllidir” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə deyilir ki, Azərbaycan sürətlə inkişaf edən
ölkədir.

Qeyd olunur ki, Azərbaycan müstəqilliyini 23 il əvvəl bərpa edib. Prezident Heydər Əliyev ölkənin Qərbə inteqrasiyası siyasətini müəyyənləşdiriv, dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalanıb. Daha sonra müəllif ölkənin enerji ehtiyatlarının strateji əhəmiyyətindən söhbət açır, Bakı neftinin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırır. Müəllif Azərbaycanın neft gəlirlərinin ölkənin qeyri-neft sektorunun inkişafına bacarıqla yönəldildiyini yazır, bunun uğurlu nəticələrinin göz qabağında olduğunu bildirir. Daha sonra məqalədə “ASAN xidmət” haqqında məlumat verilir. Müəllif bildirir ki, Bakıda 5 belə müasir xidmət mərkəzi yaradılıb və bu mərkəzdə vətəndaşlara 150 müxtəlif xidmət təklif edilir. Rüsumlar isə nağd şəkildə deyil, köçürmə ilə ödənilir. Jurnalist baş çəkdiyi “ASAN xidmət” mərkəzində vətəndaşların böyük sayını və onlara yüksək səviyyədə xidmət göstərilməsini vurğulayır. Azərbaycanda dini vəziyyətə toxunan müəllif bildirir ki, əhalinin 95 faizi müsəlman, amma çox az qismi qatı dindardır. Dövlət və din münasibətləri çox sağlam təməl üzərində qurulub. Hökumət məscidlərin tikintisinə və saxlanmasına dəstək göstərir. Eləcə də din xadimləri dövlət işlərinə qarışmırlar. Qeyd olunur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə alman jurnalistlərlə söhbətində dini şəxsi məsələ adlandıraraq, zorakılıq və ekstremizmi pisləyib. Müəllif bildirir ki, ölkə əhalisinin 3 faizini təşkil edən xristianlar və on minlərlə yəhudi ölkədə mövcud olan dini azadlıq və tolerantlığı dövlət tərəfindən qorunan və təşviq olunan sərvət kimi yüksək qiymətləndirirlər. Məqalənin sonunda ölkənin və regionun siyasi vəziyyətinə toxunulur. Jurnalist ölkənin daxili vəziyyətinə dair AFR-in Azərbaycandakı səfiri xanım Haydrun Tempel ilə söhbətindən “Burada heç bir vətəndaş inqilabda maraqlı deyil” sitatını gətirir və əhalinin narahatlığının qonşuları ilə bağlı olduğunu bildirir. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinə görə münaqişə vəziyyətindədir. Münaqişə nəticəsində bir milyon insan evindən qovulub. Məqalədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması, amma bu işdə Avropa İttifaqından lazımi dəstək ala bilməməsi haqqında narazılığı diqqətə çatdırılır: “Biz Avropa İttifaqını dəstəkləyir və ölkənin quruculuq işlərində Avropaya istiqamətlənirik. Bəs nəyə görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərimizdə Avropa İttifaqı bizə dəstək göstərmir?”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb
19.07.2019
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19.07.2019
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19.07.2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info