Bakı Gəmiqayırma Zavodu “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb
Tarix: 24.04.2014 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


“Bakı Gəmiqayırma Zavodu” MMC və “BP Exploration” (“Şahdəniz”) MMC arasında sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanıb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilənin imzalanması Bakı Gəmiqayırma Zavodunun istehsal potensialının beynəlxalq miqyasda təsdiqləndiyinin bariz nümunəsidir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, sualtı tikinti gəmisi “Şahdəniz-2” layihəsinin icrası üçün mühüm əhəmiyyət kəsb edir. Nazir ən mürəkkəb sualtı texniki işlərin həyata keçirilməsi üçün nəzərdə tutulan bu gəminin Bakı Gəmiqayırma Zavodunda uğurla inşa olunacağına əminliyini ifadə edib. Daha sonra BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri Devid Loh müqaviləni imzalayıblar. Qeyd olunub ki, artıq bundan sonra Azərbaycan üçün tələb olunan bütün gəmilər məhz bu zavodda tikiləcək. Bütün bunlar son illər respublikamızda həyata keçirilən layihələrdə maksimum yerli işçi qüvvəsindən və yerli şirkətlərin xidmətindən istifadə olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində istifadə olunacaq sualtı tikinti gəmisinin inşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı
16.11.2019
İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib
15.11.2019
Tibb fakültəsi 20 illik yubileyini bayram edir
15.11.2019
Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info