Müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 24.04.2014 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Sabunçu Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Yerli icra orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Tədbir Sabunçu rayonunda son zamanlar görülmüş işləri əks etdirən filmin nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonda görülən işlər barədə qısa məlumat verib. Rəhbərlik etdiyi qurumun KİV-lə, jurnalistlərlə münasibətlərə daim açıq olduğunu deyən icra başçısı şəxsən özünün sözə və söz sahiblərinə yüksək qiymət verdiyini bildirib. Prezident tərəfindən ölkədə KİV-ə yüksək diqqət və qayğı göstərildiyini qeyd edən A.Vəliyev bunun qarşılığında KİV-dən obyektiv münasibət, real yanaşma və proqressiv fikirlər gözlədiklərini açıqlayıb. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə Azərbaycan mətbuatının yarandığı dövrdən bəri keçdiyi yol, inkişaf mərhələri, o cümlədən müstəqillik əldə edildikdən sonra onun inkişafı üçün dövlət tərəfindən görülən işlər barədə məlumat verib.
Daha sonra məmur-media münasibətlərinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı həm KİV rəhbərləri, həm də məmurlar tərəfindən bu münasibətlərdəki mövcud problemlər və onların həllli yollarına dair fikirlər səslənib. Məmurlar mediada sağlam tənqidin tərəfdarı olduqlarını, bununla yanaşı KİV-də böhtan və qərəzli yazıların, informasiyaların yer almasından narahatlıqlarını ifadə ediblər. Baş redaktorlar isə böhtan və qərəzin yolverilməz olduğunu qeyd etməklə yanaşı, çıxış yolu kimi KİV və məmurların qarşılıqlı əməkdaşlığının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Sonda "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edilib ki, müsabiqəyə 38 məqalə təqdim olunub. 3 ekspert tərəfindən qiymətləndirmə nəticəsində onlardan 1 yazı 1-ci yerə, 2 məqalə 2-ci yerə, 3 məqalə isə 3-cü yerə layiq görülüb. 10 yazı müəllifinə həvəsləndirici mükafat və diplom verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info