Ceyhan limanından 2500-cü tanker yola salınıb
Tarix: 24.04.2014 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) elan edir ki, BTC vasitəsilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker Türkiyənin Ceyhan terminalından yola düşüb.
“BP-Azərbaycan” şirkətindən bildiriblər ki, “Vinga” adlı tanker aprelin 15-də Ceyhan dəniz terminalına gəlib və aprelin 23-də neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola salınıb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 min barel neft yüklənib. “Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.
BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilir. BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri, ümumilikdə, 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.
BP-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz deyir: “Fəaliyyət göstərdiyi səkkiz il ərzində BTC çox yüksək səmərəlilik nümayiş etdirib. Ceyhandan 2500-cü tankerin yola salınması bu dünya səviyyəli obyektin nail olduğu əlamətdar bir hadisədir. Biz bu boru kəmərini inşa etdiyimiz vaxt onu nəhəng texniki nailiyyət kimi təsəvvür etmişdik. İndi isə səkkizillik təhlükəsiz və etibarlı fəaliyyətindən sonra onu üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində vahid bir heyət tərəfindən idarə olunan səmərəli və dünya səviyyəli əməliyyatların yüksək nümunəsi adlandıra bilərik. Bu əlamətdar nailiyyətlə yanaşı, BTC üç ölkənin ərazisində yerli icmalarda səriştə və bacarıqların yaradılması, sosial infrastruktura çıxışının artırılması və onların özləri üçün davamlı gəlirlər yaratmasına dəstək verilməsi istiqamətində mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirib. Mən boru kəmərinin əhatə etdiyi ərazilərdə yaşayan bütün icmalara göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. BTC bu mükəmməl əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidlə baxır”.
Hazırda BTC-nin ötürücülük qabiliyyəti gündə 1,2 milyon barel təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
13.11.2019
Prezident Rusiya nümayəndələrini qəbul edib
13.11.2019
“Körfəz ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınması barədə müzakirələr apardıq”
13.11.2019
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13.11.2019
Almaniyanın tanınmış radioloqu Mərkəzi Gömrük Hospitalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info