Prezident İspaniyaya səfərə dəvət edilib
Tarix: 24.04.2014 | Saat: 02:03:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev aprelin 23-də İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd edib.
Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlət başçısına çatdırıb. O, İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan Prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu Prezident İlham Əliyevə təqdim edib. İspaniyalı nazir ölkəsinin Baş naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə Vilnüsdəki görüşünü məmnunluqla xatırladığını deyib. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd edib.
Dövlət başçısı İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib. Prezident Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08.12.2019
İntensiv qar yağacaq, güclü külək əsəcək...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info