“Ermənilərin qondarma soyqırımı aksiyası fiaskoya uğrayacaq”
Tarix: 24.04.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Ceyhun Ələkbərov: “Gözlərimizin qarşısında erməni əsgərləri uşaq, yaşlı, qadın, demədən insanları vəhşicəsinə qətlə yetiriblər”

“Həmişə olduğu kimi, bu dəfə də 24 aprel dünya ermənilərinin qondarma soyqırım aksiyası fiaskoya uğrayacaq. Ermənilər qəbul etməlidirlər ki, öz yalanları ilə dünya ictimaiyyətini aldada bilməyəcəklər”. Bu sözləri “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qəzetimizə 24 aprel saxta erməni soyqırımı ilə bağlı fikirlərini şərh edərkən bildirib. O bildirib ki, bu gün Ermənistan və erməni lobbisi uydurma yalanlarını yaymağa çalışırlar:“XX əsrin əvvəllərində ermənilərin Anadolu, Quzey Azərbaycan və Güney Azərbaycanda törətdikləri soyqırımı aktları ilə bağlı ortaya çıxan faktlar, bu bölgədə tapılan toplu məzarlıqlar, onların ideoloji təbliğat strategiyasını alt-üst edir. Əslində, soyqırıma türklərin məruz qaldığı ortaya çıxır. Bu gün bu yerlərdə hələ də açılmayan toplu məzarlıqlar var. Hər bir belə məzarlıqların altında erməni cinayətləri ilə dolu acı tarix yatır. Təkcə, 1992-ci ilin fevral ayının 26-sında gerçəkləşdirilən Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu. Halbuki illərlə əsl simalarını gizlədən və dünyada formalaşdırdıqları yalan ssenariləri ilə zaman-zaman fikirlərə təsir göstərməyə çalışan erməni şovinizmi, müasir dünyada həyata keçirdikləri Xocalı soyqırımı ilə yeni dünya tarixinin səhifələrində insanlıq adına qara ləkə kimi qalacaqlar. Özünü "qlobal" güc adlandıran ermənilərlə bu bölgədə məqsədli layihələr həyata keçirmək istəyən dövlətlər, gün gələcək ki, ermənilərin nə qədər xəyanətkar bir ünsür olduğunu görəcəklər və tarix qarşısında utanc duyacaqlar”. C.Ələkbərov xatırladıb ki, ermənilər yalan və iftiraya söykənən fəaliyyətindən asılı olmayaraq, törətdikləri Xocalı soyqırımı cinayətlərindən qaça bilmirlər: “Üstəlik, təkcə ermənilərin təbliğatı yüz illərdir ki, Türkiyə və Azərbaycanın yox, bütün türk dünyasının əleyhinə yönəlib. Türk dövlətləri və türk dünyası bu məsələdə ayıq-sayıq olmalı və birgə mübarizə modelini ortaya qoymalıdır”. Təşkilat sədri saxta erməni soyqırımına qarşı mübarizə istiqamətində bir sıra təkliflər verib: “Bu gün hər bir Xocalı sakini başına gələn faciələr barədə danışmalı və fəallıq göstərməlidirlər. Eyni zamanda Xocalı hadisəsinin canlı şahidlərinin xarici mətbuatda fikirlərinin yayımlanmasına nail olmalıyıq ki, nəticədə həqiqətlər ortaya çıxsın və beynəlxalq arenanın erməni lobbisinə qarşı ciddi təsir göstərməsinə nail ola bilək. Çünki bizim söyləyəcəyimiz həqiqətlərin altında böyük acı faciələr və gerçək faktlar yaşanır. Gözlərimizin qarşısında erməni əsgərləri uşaq, yaşlı, qadın, demədən insanları vəhşicəsinə qətlə yetiriblər. Bu acı faktdan Ermənistan dövlətinin və lobbi təşkilatlarının qaçması qeyri-mümkündür”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info