Türkiyə hərbçiləri Suriya ərazisinə daxil oldular
Tarix: 24.04.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Türkiyə hərbi bölmələri Süleyman şah türbəsini mühafizə etmək məqsədilə Suriya ərazisinə daxil olublar. Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Hərbi bölmələrin sayı açıqlanmır. Söhbət Türkiyə ilə sərhəddən təxminən 30 km məsafədə yerləşən Suriya ərazisindəki kiçik anklavdan gedir. Fərat çayının sahilindəki bir hektara yaxın ərazidə məzarlıq kompleksi yerləşir.
Bu ərazidə Osmanlı imperiyasının banisi I Osmanın babası Süleyman şahın (1178-1227-ci illər) məzarı yerləşir. 1921-ci ildə Türkiyə ilə həmin dövrdə Suriyanı işğal etmiş Fransa arasında imzalanmış Ankara müqaviləsinə əsasən, türbə Türkiyənin suveren ərazisi hesab edilir. 1946-cı ildə Fransa işğalından azad olan Suriya hökuməti həmin əraziyə münasibətdə Türkiyənin suverenliyini rəsmən tanıyıb. Bu gün kompleksin ərazisini 30-a yaxın türk əsgər qoruyur.
Hazırda türbənin yerləşdiyi kənd "Əl-Qaidə" ilə əlaqəli olan "İraq və Levanta islam dövləti" qruplaşmasından olan yaraqlıların əlinə keçib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Suriyada öz ərazisini müdafiə etməyə hazır olduğunu bəyan etmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info