Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Tolerantlıq Kuboku“
Tarix: 24.04.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.
DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsinin təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur: "Bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub".
Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Püşkatma mərasimində çıxış edən dini icma üzvləri Dövlət Komitəsi tərəfindən təşkil olunan turnirin dövlətimizin, xüsusilə ölkə Prezidentinin din sahəsinə olan diqqət və qayğısının nümunəsi olaraq qiymətləndiriblər.
Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.
Qeyd edək ki, turnirdə ölkəmizdə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.
Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:
"A" qrupu:
Süleyman (Xəzər)
Müşfiqabad (Qaradağ)
İmam Rza (Xəzər)
İmam Hüseyn (Sabunçu)
"B" qrupu:
Hacı Əjdərbəy (Nəsimi)
Katolik Kilsəsi
Səngəçal (Qaradağ)
Xanım Zəhra (Yasamal)
"C" qrupu:
Həzrət Məhəmməd (Səbayıl)
Məşədi Dadaş (Nəsimi)
BDU İlahiyyat
"Cümə" məscidi (Sumqayıt)
"D" qrupu:
Yəhudi icması
Pravoslav Kilsəsi
İrfan (Binəqədi)
Həyat Sözü

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info