Kiyevdə akademik Zərifə Əliyevaya aid kitabın təqdimatı olub
Tarix: 24.04.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Kiyevdə "Xəstəxanadaxili infeksiyaların aktual problemləri: mikroorqanizmlərin mikroblara qarşı preparatlara rezistentliyi, dezinfeksiya və sterilizasiya" mövzusunda beynəlxalq elmi-praktiki konfransda "İnfeksiya nəzarəti standartları" kitabının təqdimatı olub.
Kitabın müəllifi həmvətənimiz, tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi Aydın Salmanovdur.
Konfransın işində Dünya Səhiyyə Təşkilatının, Ukrayna Ali Radasının, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, ABŞ, Kanada, Almaniya, Türkiyə, Belarus və Gürcüstandan gəlmiş aparıcı alimlər iştirak ediblər. Beynəlxalq konfransın işini milli və beynəlxalq televiziya kanalları, habelə çoxsaylı elektron kütləvi informasiya vasitələri işıqlandırıb.
Kitabın "Cərrahiyyədə risklərin idarə edilməsi" adlanan birinci hissəsi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə, habelə kitabın müəllifinin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrlə (1970-ci illərin sonu 1980-ci illərin əvvəli) bağlı Zərifə xanım Əliyeva haqqında xatirələrinə həsr edilib.
Kitabın ikinci hissəsində müalicə-profilaktika müəssisələrinin işində tətbiq edilmək üçün risk-menecment sisteminin əsas prinsiplərinin formalaşmasına yanaşmalar nəzərdən keçirilir.
Səhiyyə sahəsində risklərin idarə edilməsi ilə bağlı mühüm elmi-praktiki informasiyanın cəmləşdiyi bu kitab hüquqşünaslar, səhiyyə təşkilatçıları və menecerləri, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Aydın Salmanov 192 elmi işin, 10 monoqrafiyanın, tibbi ali məktəblərin tələbələri üçün iki dərsliyin və bir tədris vəsaitinin müəllifidir. Bundan əlavə, o, Ukraynanın səhiyyə sahəsində üç qanunun və Ukraynada xəstəxanadaxili infeksiyalara fəal epidemioloji nəzarət milli konsepsiyasının müəllifidir. Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı və dörd dəfə Ukrayna Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info