ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilib
Tarix: 24.04.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kolorado ştatının Sprinqz şəhərində yerləşən Hərbi Hava Qüvvələri Akademiyasının (US Air Force Academy) dəvəti əsasında səfir Elin Süleymanov akademiyanın qonağı olub. Səfər zamanı o, akademiya rəhbərliyi görüşüb və müdavimlər qarşısında çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı xəbərə görə, akademiyanın rəisi, general-leytenant Mişel Conson (Michelle Johnson) və digər ali rütbəli zabitlərlə görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığından, Azərbaycanın regional və transregional əhəmiyyətindən və ikitərəfli münasibətlərin maraq doğuran digər aspektlərindən danışılıb.
Akademiyanın müdavimləri qarşısında çıxış edən E. Süleymanov ikitərəfli hərbi əməkdaşlıqdan bəhs edərək bu münasibətlərin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə inkişaf etdiyini söyləyib. O, Azərbaycanın öz hava məkanından tranzit olaraq istifadə üçün icazə verən ilk ölkələrdən olduğunu deyib. ABŞ qüvvələri üçün Əfqanıstana daşınan ərzaq mallarının 40%-nin Azərbaycan ərazisindən keçdiyini bildirən E. Süleymanov, Azərbaycanın son illərdə özünün tranzit qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.
E. Süleymanov Azərbaycanın ərazi bütövlüyünün qonşu Ermənistan tərəfindən pozulduğu və ölkə ərazilərinin 20 ildən artıq bir müddətdə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğu barədə məlumat verib. ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədr kim təmsil olunduğunu xatırladan səfir, Vaşinqtonun davamlı olaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacib olduğunu bildirib.
Daha sonra E. Süleymanov müdavimlərlə birgə akademiyanın yeməkxanasında nahar edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır
14.12.2019
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14.12.2019
AXCP və “Milli Şura“ yenidən “Real“a qarşı hücuma keçib
13.12.2019
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi?
13.12.2019
Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info