67 yaşlı qoca elə iş gördü ki...
Tarix: 24.04.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Polyak Aleksandr Doba yeni dünya rekordçusudur. O, Portuqaliyanın paytaxtı Lissabondan çıxaraq Atlantik okeanını qət edib və 6500 dəniz mili uzunluğunda ağır, təhlükəli, ölüm riskli məcarasını ABŞ-ın Florida ştatında başa vurub.
Baydarkada avar çəkərək okeanı keçmiş "Olek" ləqəbli Dobanı Floridadakı Nyu-Smirna Biçdə yüzlərlə irsan qarşılayıb.
99 günlük səyahətində onun baydarkasının sükanı sınaraq sıradan çıxdığı üçün Doba marşrutuna dəyişikliklər etmək məcburiyyətində qalıb, Bermud arxipelaqına yan alıb.
Lissabondan oktyabrın 5-də yola çıxmış Aleksandr Dobanın dediyinə görə, macərası riskli olsa da, Tanrı onu qoruyub.
"Çox yorulmuşam, usanmışam. Amma burada insanları görəndə sevindim və əməyimin hədər getmədiyini anladım. Fevralın 13-dən martın 23-dək okeanda havalar çox pis oldu. Baydarkanın sükanı sındı. Sonra avadanlıqlarda problemlər yarandı və düz 47 gün kimsə ilə əlaqə saxlaya bilmədim.
Lakin Bermuda çatdım, orada bir ay təmirdə qaldım. İndi hər şey geridədir", - A.Doba deyib.
Onun sözlərinə görə, 40 yaşında avarçəkmə ilə məşğul olmağa başlayıb.
67 yaşlı "Olek" həyatda riski və macəranı sevdiyini söyləyib: "Bir gün şir kimi yaşamaq min il quzu kimi ömür sürməkdən üstündür".

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Benzin tarixə qovuşur?
17.11.2019
Türk serialları ölkəyə nə qədər gəlir gətirib?
17.11.2019
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
16.11.2019
Moskvada Şaxta babanın ad günü qeyd olunacaq
16.11.2019
Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info