Dünya belə toy görməyib
Tarix: 24.04.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Doll, Kitten və Brinn... Onlar ailə qurublar. Dünyanın ən qəribə, absurd təsir bağışlayan ailəsini. Onlar əri olmayan üç xanımdırlar və üçü də bir ailədir.
Bu qadınlar lesbiyanlardır və kişiyə ehtiyac duymadıqlarını deyərək bir-birləri ilə evlənərək dünyanın ilk, təkrarı olmayan "üç qadınlı, ərsiz" ailəsini yaradıblar. ABŞ-ın Massaçusets ştatında yaşayan Doll, Kitten və Brinn Yanqların ailəsində övlad da gözlənilir. 27 yaşlı Doll süni mayalanma yolu ilə hamilə qalıb və ultrasəs müayinəsinin nəticələrinə görə, iyulda ana olacaq.
Onun "həm ər, həm arvadı" olan Kitten və Brinn isə üçlü ailədə ilk övladı səbirsizliklə gözlədiklərini deyiblər.
34 yaşlı Brinn ailənin nominal başçısı sayılır. Onun sözlərinə görə, izdivaclarında 3 övladın doğulmasını istəyir.
"Həmişə zarafatla deyirəm ki, ailədə uşaqların sayı valideynlərdən azdır. Bizim ailədə də üç ana olduğundan üç uşaq olmalıdır. Ailəmiz bir qədər qəribə təsir bağışlaya bilər. Bu, bizim seçimimizdir. Ətrafımızdakı insanların bizi anladıqlarını və başa düşdüklərini güman edirik. Anlamayanlar isə özləri bilərlər", - deyə Brinn söyləyib. Doll, Kitten və Brinn Yanqlar 2013-cü ilin avqustunda ailə qurublar. Təzə bəyin olmadığı, üç qadının gəlinlik paltarı geyindiyi toyda onların hər birini keşişin yanına atası əlindən tutub aparıb. Burada üç gəlin nişan üzükləri mübadiləsindən sonra nikaha giriblər. Brinnin dediyinə görə, iki dəfə boşanandan sonra "bir daha kişi ilə yaşamamaq" qərarına gəlib. Dollun sözlərinə görə, ailədə hər birinin öz səlahiyyətləri və vəzifələri var. "Ailə kiçik dövlətdir, canlı orqanizmdir. Bir-birimizi çox sevirik və eyni zamanda, gözəl anlayırıq. Ailədə də əsas məsələ qarşılıqlı anlaşma, münasibətlər və sayğıdır. Ailənin əsas gəlir mənbəyi, "çörək ağacı" Brinndir. O, həftədə 40 saat ofisdə çalışır və ailəmizin gəlirlərini təmin edir", - deyə Doll söyləyib.
Kitten isə normal insanlar olduqlarını vurğulayıb: "Normal həyat yaşayırıq. Başqaları anormal saya bilər, amma biz belə düşünmürük".

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?
20.11.2020
“Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
20.11.2020
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info