“Hətta bəzi insanlar deyiblər ki, səfirlik bağlanacaq”
Tarix: 24.04.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


“Bakıda Viza Müraciət Mərkəzinin açılması Azərbaycan və Böyük Britaniya vətəndaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün növbəti addımdır”. Məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Mərkəzin açılış mərasimində bildirib.
Səfir qeyd edib: "Biz Azərbaycan vətəndaşlarının Britaniyaya daha asan, daha rahat səyahət etməsini təmin etmək istəyirik. Başa düşürəm ki, bununla bağlı bəzi anlaşılmazlıqlar da olub. Hətta bəzi insanlar deyiblər ki, səfirlik bağlanacaq, viza almaq mümkün olmayacaq, viza almaq üçün başqa ölkəyə getmək lazım gələcək. Amma bunlar həqiqəti əks etdirmir. Prosedurada heç nə dəyişilmir. Sadəcə Britaniya səfirliyi əvəzinə siz bu böyük və rahat ofisə gəlirsiniz, burada viza üçün sənədlərinizi təqdim edirsiniz. Bu mərkəzdə sənədlərin təqdim olunması prosesi daha rahatdır".
İ.Siddiq bildirib ki, bu mərkəzdə səfirliklə müqayisədə daha çox sənəd qəbul etmək mümkündür. Onun sözlərinə görə, bu yeni mərkəz Azərbaycan vətəndaşlarına daha keyfiyyətli xidmət göstərmək məqsədilə yaradılıb: "Böyük Britaniya hökuməti Azərbaycan vətəndaşlarına və Britaniyaya səfər etmək istəyən hər kəsə rahat xidmət göstərmək istəyir. Bu xidmətlər operativ göstəriləcək".
Vizanın alınması vaxtına gəlincə, səfir bildirib ki, bu müddət 15 iş günü təşkil edir.
Onun sözlərinə görə, Azərbaycandan Britaniyaya səfər edənlər çoxdur: "Biz istəyirik ki, səyahət edənlərin sayı daha da artsın. Әsas onu qeyd edim ki, heç bir şey dəyişilmir. Әksinə, viza almaq daha da asanlaşır".
Britaniya Sərhəd Agentliyi Viza və Miqrasiya Mərkəzinin nümayəndəsi Kris Veyt (Chris Waite) açılış mərasimində bildirib: "Qlobal kontekstə baxanda biz bu modeli bütün dünyada tətbiq edirik. Viza mərkəzləri müxtəlif ölkələrdə mövcuddur".
Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizaları və İmmiqrasiya Agentliyinin İstanbuldakı mərkəzi tərəfindən verilir.
Qeyd edək ki, 2014-cü ilin aprel ayından etibarən Britaniya vizası üçün sənədlərin qəbulu "Teleperformance Ltd" beynəlxalq özəl şirkəti tərəfindən həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info