“Sahibkar qadınların sayı artmalıdır”
Tarix: 24.04.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


"Azərbaycandakı sahibkarların 17%-ni qadınlar təşkil edir. Lakin ölkədə sahibkar qadınların sayı daha da artmalıdır". Bunu ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində qadınlar arasında sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, sahibkar qadınların sayını daha da artırmaq üçün ölkədə lazımi şərait var: "Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar. İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar".
Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıldığını söyləyən H. Hüseynova qeyd edib ki, ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib.
Milli Məclisin sədr müavini Bahar Muradova isə bəyan edib ki, qadınlar arasında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafını təmin edən amillərdəndir: "Bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmaqdadır. Azərbaycan dövlətinin yaratdığı şərait qadınlar arasında sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə region ölkələrinin də təcrübəsinin öyrənilməsi və uğurla tətbiqi əhəmiyyətlidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08.12.2019
İntensiv qar yağacaq, güclü külək əsəcək...
08.12.2019
Samoada qızılca səbəbindən məktəblər bağlanıb
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info