İ.Serageldin: “Müştərək Cəmiyyətlər Forumunun Nizami yurdunda keçirilməsi təqdirəlayiqdir”
Tarix: 24.04.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Bu gün dünyanı narahat edən məsələlərə dair müzakirələrin səkkiz əsr öncə yaşamış, bütün bəşəriyyəti aralarındakı fərqliliyə sinə gərməyə və bir-birindən öyrənməyə çağıran, insanların ən dərin hisslərini dilə gətirən böyük şair Nizami Gəncəvinin yurdunda keçirilməsi təqdirəlayiqdir”- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda danışarkən belə deyib. İsmail Serageldin bildirib ki, hazırda dünyanın müxtəlif yerində münaqişələr zamanı zor tətbiq etməkdən tutmuş ətraf mühitin çirklənməsinə, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsinə, azlıqların təcrid olunmasına qədər bir çox məsələlər təhlil edilib dəyişdirilməlidir: “Biz bu məsələlərin müzakirəsini dünyanın nüfuzlu simalarının iştirakı ilə açıqlılıq səviyyəsinə gətirmək qərarına gəlmişik. Biz öz uşaqlarımıza həqiqətən də açıq cəmiyyətlər yarada biləcək və hər kəs üçün sülhə, dayanıqlığa yardım edəcək siyasət formalarını aşılamağa borcluyuq”. Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda başlayan müzakirələri daha da dərinləşdirmək və dünyanın, eləcə də regionun üzləşdiyi problemləri ortaya çıxarmaq məqsədilə II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcək. Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu təşkil edir. Forumda əksəriyyəti sabiq dövlət və hökumət rəhbəri olan 150-dən artıq qonaq iştirak edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info