Ötən il 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilib
Tarix: 24.04.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


"Qadınlara verilən güzəştli kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3000-dək yeni iş yeri açılıb". Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. S. Hüseynova bildirib ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artıb: "Ötən il ərzində fərdi sahibkarların sayı 5,2% artaraq 455 min nəfərə çatıb ki, onların da 17,9%-ni qadınlar təşkil edir. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60%-i regionlarda, 40%-i isə Bakıda fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar”.
S. Hüseynovanın sözlərinə görə, 2002-2013-cü illər ərzində 2070 qadın sahibkara 60 milyon dollaradək, o cümlədən 2013-cü ildə 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilib: "Onlara verilən bu kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3000-dək yeni iş yeri açılıb. Yalnız 2013-ün ildə 1064 yeni iş yeri açılıb".

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info