Bakıda yeni metro tuneli tikiləcək
Tarix: 24.04.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Bakıda “Xətai” - “Azadlıq prospekti” xəttini “İçərişəhər” – “Həzi Aslanov” xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək məqsədilə “28 May” metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək.
Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, uzunluğu 250 metr olacaq tunel metronun qırmızı və yaşıl xətlərini bir-birindən ayıracaq.
“Bu ayrılmadan sonra “Dərnəgül” metro stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Nizami” stansiyasından sonra “28 May” stansiyasına daxil olmayacaq. Belə ki, qatar “Nizami” stansiyasına az qalmış yeni tunellə “Cəfər Cabbarlı” stansiyasına daxil olacaq, oradan isə “Xətai” stansiyasına gedəcək. Bununla da, daha “28 May” stansiyasında hər iki tərəfə qatar getməyəcək”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, bu layihə ilə bağlı “Akkord-Bouygues” birgə müəssisəsi öz təkliflərini Bakı Metropoliteninə təqdim edib. “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin direktor müavini Samir Qasımov bildirib ki, təklifdə “28 May” metro stansiyasının yaxınlığında yeni tunelin tikinti metodologiyası və tikinti texnologiyasını əks etdirilib: “Həmçinin bu layihənin daha səmərəli və müasir texnikadan istifadə etməklə, ən qısa vaxtda təhvil verilməsi məsələləri qeyd edilib”.
S. Qasımov əlavə edib ki, hazırda bu layihənin yekun təsdiqi gözlənilir. Bu mərhələdən sonra müqavilə bağlanacaq və növbəti mərhələdə tikinti işlərinə başlamaq mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info