İspaniya ilə biznes forum keçirildi
Tarix: 24.04.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. Qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş əlaqələrin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Şahin Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində hazırda müzakirə mərhələsində olan Sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq. Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Xose Manuel Qarsia-Marqallo müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd etmişdir ki, Azərbaycan iqtisdaiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, İKT, turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən İspaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev İspaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalandığını, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması isqamətində müvafiq işlərin görüldüyünü qeyd etmişdir. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyəti qeyd edilmiş, bugünkü biznes forumun da iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyi vurğulanıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu qeyd etmiş, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə məlumat verib. Cənab Marqalyo İspaniya iqtisadiyyatı barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Biznes forum ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam edib.


İlkin










 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info