Vergi orqanlarına daxil olan şikayətlərin sayı azalıb
Tarix: 24.04.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Bu ilin 1-ci rübü ərzində dövlət vergi orqanlarına cəmi 21 824 müraciət daxil olub ki, onlardan 98,7%-i ərizə, 1,2%-i şikayətdir.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, müraciətlərin 39,2%-i müxtəlif arayışların alınması, 29,4%-i kameral vergi yoxlamaları, 6,8%-i səyyar vergi yoxlamaları, 8%-i vergi borcları, 0,2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 15,6%-i digər məsələlərlə bağlıdır.
Hesabat dövründə vergi orqanlarına daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 18,9% azalıb, eyni və təkrar müraciətlər nəzərə alınmaqla faktiki şikayətlərin sayı cəmi 159 olub.
Müraciətlərin 75,1%-i müsbət həll olunub, 14,9%-i barədə müvafiq izahatlar verilib, 3,3%-i əsassız sayılıb, 1,3%-i qismən həll olunub, 0,9%-i aidiyyəti üzrə göndərilib, 4,5%-i icradadır. Şikayətlərin 28,3%-i əsassız sayılıb, 42,5%-i üzrə müvafiq izahatlar verilib, 9,5%-i müsbət həll olunub, 7,1%-i aidiyyəti üzrə göndərilib, 0,4%-i qismən həll olunub, 12,2%-i icradadır.
Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 197 nəfər vətəndaşın müraciətlərinin 55-i vergi orqanlarında işə qəbul olunma, 15-i iş yerinin dəyişdirilməsi, 1-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 126-sı maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info