Ukrayna güc strukturlarından antiterror əməliyyatı-5 ölü
Tarix: 24.04.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Ukraynanın güc strukturları ölkənin şərqində silahlı separatçıların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyanskda antiterror əməliyyatına başlayıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi Slavyanskda davam edən xüsusi əməliyyatın ilkin nəticələri haqda açıqlama yayıb.
Açıqlamada bildirilir ki, əməliyyat zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərqində qanunsuz silahlı dəstələrin 3 blok-postu məhv edilib. Toqquşmalarda 5 terrorçu öldürülüb. Güc strukturlarının 1 əməkdaşı yaralanıb.
Separatçılar tərəfindən Slavyansk şəhərinin “xalq meri” elan edilmiş Vyaçeslav Ponomaryov “Rossiya 24” telekanalına açıqlamasında Ukrayna ordusuna məxsus hərbi texnikanın iki istiqamətdən Slavyansk şəhərinə yaxınlaşdığını bildirib: “Biz mühasirə həlqəsinə alınmışıq. Müqavimət göstərəcəyik. Bunun üçün kifayət qədər gücümüz var”.
Əməliyyat davam edir. Güc strukturlarının əməkdaşlarına helikopterlər havadan dəstək verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info