Səttar Mehbalıyev: “Belə hallar həddindən artıq çoxdur”
Tarix: 24.04.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib ki, həmin yerlərdən köçürmələr olsa da, binalar istifadəyə yararsız hala düşüb və onların bərpası üçün külli miqdarda vəsait lazımdır.
S. Mehbalıyevin sözlərinə görə, bəzən elə olur ki, orada məskunlaşanların bir qismi gedir, sonra yenidən qayıdır, bundan əlavə, digər bölgələrdə yaşayan qaçqınlar da gəlib həmin əraziləri zəbt edir: “Belə hallar həddindən artıq çoxdur və qarısını da ala bilmirik. Ona görə də sahə həmkarlar ittifaqlarını məcbur edirik ki, onlara daxil olan vəsaitdən qənaətlə istifadə edərək öz işçiləri üçün istirahət mərkəzləri tiksinlər. Keçən il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Nabranda 288 yerlik istirahət mərkəzi tikərək istifadəyə verib. Həmin mərkəz qazlaşdırılıb. Mən sizə deyim ki, əgər Nabranda 1000 istirahət mərkəzi varsa, onun mində biri qazlaşdırılıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info