Aureliya Qriqoriu Bakıya gəlir
Tarix: 24.04.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu da iştirak edəcək. Aureliya Qriqoriu Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırım törətdiyini bəyan etmiş moldovalı siyasətçidir. Qeyd edək ki, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq. II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər. Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 150-dən çox nüfuzlu ictimai, siyasi xadim, ekspert və elm adamlarının iştirakı nəzərdə tutulub. Aprelin 27-30-da keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda münaqişələrin həlli, açıq cəmiyyətlər, qadınlara qarşı diskriminasiya, ətraf mühitin çirklənməsi və digər problemlərlə bağlı müzakirələr aparılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info