“Excelsior Hotel Baku” - ən yüksək standartlara cavab verən hotelçilik turizminin bariz nümunəsi
Tarix: 24.04.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Azərbaycanda turizm sahəsi son illərdə çox sürətli inkişaf xətti götürüb. O cümlədən, hotelçilik turizmi baxımından Bakı və ümumiyyətlə, ölkəmiz dünyanın turizm mərkəzləri ilə rəqabət etməyə qabildir. “Excelsior Hotel Baku” hoteli isə Azərbaycanda hotelçilik turizminin inkişafının və dünyanın ən yüksək standartlarına cavab verməsinin bariz nümunəsidir.
“Excelsior Hotel Baku” hoteli bütün üstünlüklərindən əlavə, daim yeniliklər etməklə, müştərilərini daha çox sevindirir və yeni müştərilər cəlb edir. Bu baxımdan hotel istər münasib qiymətlərinə, istər xoş sürprizlərinə, istərsə də əyləncə və komfortuna görə həqiqətən də seçilir. Hoteldə və onun “Aura” Sağlamlıq Mərkəzində istirahətimiz və idmanla məşğul olduğumuz zaman biz bir daha buna əmin olduq. Qeyd etdik ki, çoxlu yeniliklər tətbiq olunmağa başlayıb. Bu sahədə əsas yeniliklərdən biri bu il toyların və sair yadda qalan tədbirlərin keçirilməsi üçün xüsusi şərait yaradılması və dəyişikliklər edilməsidir. Bunun üçün toy zalına, mebelinə, səs-işıq və sair avadanlıqlara modern dəyişikliklər edilib, yeni dizayn verilib. Bu baxımdan biz toy və banketlərin keçirilməsində digər hotellərdən daha üstün xidmətlər verilir. Hotellərin banket və toy qiymətləri çox yüksəkdir. Amma sözügedən hotel qiymətlərin münasibliyi baxımından da xeyli üstündür. Demək olar ki, bu baxımdan şadlıq evləri ilə rəqabətdədir. Hoteldə keçirilən banket və toy eyni qiymətə və daha möhtəşəmdir. Həmçinin hotelin açıq hovuz ətrafı da toy üçün uyğun olan münasib bir yerdir. Paytaxtın Heydər Əliyev prospekti 2 ünvanında 2008-ci ildə istifadəyə verilən 5+ ulduzlu “Excelsior Hotel Baku”nun turizm sektorunun inkişafında özünəməxsus yeri var. Hər şeydən öncə bildirək ki, Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 10 dəqiqəlik məsafədədir. Hotelin müasir tələblərə cavab verən və peşəkar sürücülərin idarə etdiyi avtomobilləri vasitəsilə müştərilər Bakı Dəmiryol Vağzalına 5 (3 km), Fəvvarələr Meydanına 15 (4 km), Prezident Administrasiyasına 7 dəqiqəyə (5 km) çatdırıla bilərlər. Bununla yanaşı, müştərilər həmin avtomobilləri saatlıq icarə üçün də istifadə edə bilərlər. Ümumiyyətlə, “Excelsior”un avtomobil xidməti qonaqlara Bakı Beynəlxalq Hava Limanına və oradan, həmçinin Bakı şəhəri daxilində rahat nəqliyyat təklif edir.
Ənənəni, yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla özündə birləşdirən “Excelsior Hotel Baku” klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi bir otelidir. “Excelsior”un Satış və marketinq üzrə direktoru Damla Çuhadaroğlu Bayık bizə hotelin üstünlükləri barəsində məlumat verərkən biz bird aha buradakı komfortun, əsrarəngizliyin və rəngarəngliyin şahidi olduq. Əslində bu barəəd məlumata ehtiyac yoxdur. Təkcə hotelə baş çəkmək kifayətdir ki, onun füsunkar gözəlliyinə və əlverişli bir turizm mərkəzi olduğuna şahid olasan. Qeyd edək ki, 5 mərtəbəli “Excelsior”da yüksək zövqlə dekorasiya edilmiş ümumilikdə 61 gözəl nömrə və dəbdəbəli süit var. Bunlardan 45-i “Heritage”, yəni standart (41 m2), 9-u “Duke” (24 m2) nömrələrdir. Süitlərdən 4-ü “Crown” (60 m2), 2-si “Royal” (75 m2), 1-i isə “İmperial” (300 m2) süitdir. Otel otaqlarının hər birində fərdi iqlim nəzarəti funksiyalı mərkəzi kondisioner sistemi, sürətli internet, şəhərin müxtəlif istiqamətlərinə yönəlmiş ürəkaçan mənzərə var. Bununla yanaşı, nömrələrin axşam təmizliyi, 24 saatlıq otaq, tam konsiyerj xidmətləri, şəxsi seyf, səsli poçt və səsucaldan funksiyalı rəqəmsal ikixətli telefonlar, kompyuter və faks qoşulmaları, nömrələrə pulsuz çay-kofe, istirahət mərkəzləri, geniş vanna otaqları, yumşaq xalat və otaq ayaqqabıları, keyfiyyətli vanna ləvazimatları da xidmətə daxildir. Qiymətlərə gəldikdə, müştərilər bir gecəlik standart nömrə üçün 130 AZN, “Duke” üçün 111 AZN və 18 faiz Əlavə Dəyər Vergisi ödəməlidirlər. Süitlərdə gecələmək üçün isə “Crown”a 260, “Royal”a 310, “İmperial”a 3000 AZN və 18 faiz Əlavə Dəyər Vergisi ödəmək tələb olunur. Bir sözlə, bu lüks oteldə müştərilərin gözləyə biləcəyi bütün elitar komfort nümunələri mövcuddur. 5+ ulduzlu “Excelsior Hotel Baku”da nömrə götürmək istəyən müştərilər dünyanın istənilən ölkəsindən, sadəcə internetin imkanlarından yararlanmaqla otelin 9 dildə fəaliyyət göstərən (www.excelsiorhotelbaku.az) saytına daxil olub istədikləri otağı kirayələyə bilərlər. Müştərilər saytda otelin bütün xidmətləri, o cümlədən hər bir otaq və xidmətlər barədə də ətraflı məlumat ala bilərlər.
“Excelsior Hotel Baku” yemək-içməyi, əyləncəni sevənlər üçün də əla və əvəzolunmaz bir mərkəzdir. Bakıda mövcud olan ən nəfis yemək təcrübələrindən möhtəşəm bar atmosferinədək hər şey burada cəmləşib, desək yanılmarıq. Otelin “Belvedere Restoranı” paytaxtımızın ən gözəl yemək məkanı olaraq qonaqlara dünya mətbəxlərindən eksklüziv təamlar təqdim edir. Hər gün səhər saat 7:00-dan gecə yarısınadək işləyən restoranda açıq bufet tərzi eksklüziv səhər yeməyi, o cümlədən gün ərzində “la carte” menyu verilir. Bazar günlərinin açıq bufet brançları isə hər zaman müştərilər üçün sürprizlərlə yadda qalır. “Belvedere restoranı”nın yaxınlığında, otelin sakit və gizli guşəsində, geniş çeşidli ekzotik kokteyllər, seçilmiş Kuba siqarlarının müşayiəti ilə rahat və zövqlü görüşlərin keçirilə biləcəyi “L’Atelier Bar”ı da müştərilərin xidmətindədir. Gecə gec saatlaradək açıq olan barda oteldə istirahət edənlər müxtəlif xidmətlərdən yararlana bilərlər. “Excelsior Hotel Baku”dakı “La Patisserie” isə şəhərin ən dadlı və keyfiyyətli qəhvəsini içmək istəyənlərin əsl yeridir. Burada həmçinin çay, şirniyyatlar, suflelər, tortlar, sendviçlər və təzə bişirilmiş çörək və bulkalar da əldə etmək mümkündür. Bunlarla yanaşı, səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan və oteldəki “Aura” Sağlamlıq Mərkəzinin daxilində yerləşən “Vitality Bar”da da müştərilərə çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təklif edilir. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqrediyentlər və sağlıqlı alternativlərlə kombinasiya edilir. Yay mövsümlərində isə “Hovuzkənarı bar”da müxtəlif qəlyanaltı və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər.
“Excelsior Hotel Baku” ciddi iş görüşmələri, beynəlxalq səviyyəli tədbirlər üçün də əla məkandır. Burada fəaliyyət göstərən konfrans, iclas zalları və 250 nəfərlik banket zalı müştərilər üçün hazırdır. Qeyd edək ki, hotellə bağlı “www.excelsior.az” saytından da ətraflı məlumat öyrənmək olar.
Bir sözlə, “Excelsior Hotel Baku” unudulmaz əyləncə və komfortu sevən, orijinallıq və sürprizlər axtaran müştərilər üçün əvəzolunmaz bir məkandır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info