“Dünya ictimaiyyətinin diqqətini akademik çalışmalarla çəkə bilərik”
Tarix: 25.04.2014 | Saat: 02:06:00 | E-mail | Çapa göndər


Orxan Qafarlı:
“Türkiyəyə qarşı “soyqırımı”
iddiası təzyiq alətinə çevrilib”

Ermənilər dünyanı saxta soyqırımına inandırmağa çalışırlar. Ermənilərin bu yalan siyasətinə qarşı güclü, faktlara əsaslanan addımların atılmasına ehtiyac var. Bu gün dünyanın diqqətini azərbaycanlı-türk soyqırımına cəlb etmək lazımdır. Türkiyənin Bilgesam Strateji Araşdırmalar Mərkəzinin Avrasiya bölgəsi üzrə eksperti Orxan Qafarlı qəzetimizə müsahibəsində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

- Ermənilər dünyanı qondarma soyqırımına nə dərəcədə inandıra bilib?
- Erməni diasporunun həm dövlətlər arasında, eyni zamanda ictimai anlamda geniş propoqanda aparatları var. Məsələn, Fransada erməni soyqırımını anladan filmlər çəkilməkdədir. İnsanlara incəsənət və elmi məqalələrlə bu məsələni çatdırmaqdadırlar. Bir də ki, ermənilərin diaspor kimliyi bu məsələnin dünyaya çatdırılması üzərində qurulub.
- Bu məsələnin siyasiləşməsində əsas amil nədir?
- Qondarma erməni soyqırımının siyasiləşməsi uzun illər erməni diasporunun fəaliyyəti nəticəsində mümkün ola bilib. Bilirsiniz, bu məsələdə böyük dövlətlərin də maraqları var. Türkiyəyə qarşı “soyqırımı” iddiası bir çox dövlətlərə bir təzyiq instrumentinə çevrilib. Fransa, ABŞ kimi dövlətlər bu instrumentdən məharətli şəkildə istifadə edərək Türkiyəyə istədikləri şəkildə təzyiq edə bilirlər. Erməni diasporu dünya güclərinin maraqlarını anlayaraq hərəkət etməkdədir. Öz maraqları çərçivəsində onlar da Türkiyə maraqları üçün təzyiqin instrumentinə çevrilib. Buna görə erməni iddiaları dünyada effektiv şəkildə təbliğ edilməkdədir.
- Bunun yalan olduğunu sübut etmək üçün hansı addımlar atılmalıdır?
- Dünyaya bu işlərin yalan olduğunu çatdırmaq üçün geniş anlamda fəaliyyət lazımdır. Azərbaycan və Türkiyə diasporlarının fəaliyyətinin birləşdirilməsi və incəsənətdən tutmuş siyasətə qədər mesajların çatdırılmasına nail olmaq lazımdır. Mən çox istərdim ki, Türkiyə və Azərbaycan kimi dövlətlər dünya tarixçilərinə bunun yalan olduğunu göstərmək üçün onları Osmanlı arxivlərinə dəvət etsinlər. Burs (təqaüd-F.H.) proqramları açsınlar. Bu, dünyaya öz keçmişimizi doğru şəkildə çatdırmaq üçün çox faydalı olar. Dünya ictimaiyyətinin diqqətini bu kimi akademik çalışmalara çəkə bilərik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info