Dünya çempionu Maqnus Karlsenə Şəmkirdə özəl diqqət
Tarix: 25.04.2014 | Saat: 02:36:00 | E-mail | Çapa göndər


“Synergy Group” tərəfindən təşkil edilən “Shamkir Chess 2014” turnirində ən böyük diqqət şahmat üzrə dünya çempionu Maqnus Karlsenə yönəlib. Norveçli şahmatçı ilk gündən fotoqrafların və jurnalistlərin əhatəsindədir. Mətbuat konfranslarında suallara qısa cavab verən M.Karlsenin sözləri böyük marağa səbəb olur.
Təşkilatçılar dünya çempionu üçün hər cür şərait yaradıblar. Maqnusun təhlükəsizliyi üçün özəl mühafizəçilər, üstəlik avtomobil ayrılıb. Bununla belə norveçli şahmatçı çox vaxt onun üçün ayrılan maşından istifadə etmir. Əksər vaxtlarda M.Karlsen “Excelsior Hotel Shamkir”dən yarışın keçirildiyi Heydər Əliyev Mərkəzinə qədər təqribən 500 metrlik məsafəni piyada gəzərək gəlir. Özünün dediyi kimi, gözəl təbiəti sevən Maqnus, eyni zamanda, bu müddətdə düşünə bilir. M.Karlsenin “Shamkir Chess 2014” turnirinin ikinci turuna gəlişi maraqlı alınıb. Şahmat tacının sahibi, FIDE reytinq cədvəlinin lideri yarışa kortejlə gəlib.
Dünya çempionunu Şəmkirdə atası və məşqçisi müşayiət edir. Maqnusun atası deyib ki, Azərbaycanda keçirilən hər bir yarış yüksək səviyyədə olur. “Shamkir Chess 2014” turnirinin yüksək səviyyədə keçirilməsi şahmatçıların bütün fikirlərini oyuna yönəltməyə imkan verib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info