Qarabağın “müstəqilliyi“ni nəzərdə tutan qətnamə layihəsi pislənib
Tarix: 25.04.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı icma fəalları Kaliforniya Ştat Assambleyasının üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyi"ni nəzərdə tutan AJR 32 saylı qətnamə layihəsini pisləyiblər.
Azərbaycanlı icma fəallarının verdiyi məlumata görə, Kaliforniya ştatının həm şimal, həm də cənub regionlarında yaşayan soydaşlarımızın iştirakı ilə "Azərbaycanın Müdafiə Günü" (Azerbaijani Advocacy Day) devizi altında Kaliforniya parlamentində keçirilən görüşlərdə hazırda Assambleyanın gündəliyində duran bu qətnamə layihəsinin qəbuledilməz olduğunu vurğulanıb. Onlar bunun erməni lobbisi tərəfindən atılmış növbəti məkrli addım olduğunu diqqətə çatdırıblar. Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq siyasəti, o cümlədən regionda baş verən siyasi-iqtisadi proseslər barədə qanunverici orqanın nümayəndələrinə məlumat verərək, sözügedən qətnamə layihəsinin Azərbaycan-ABŞ tərəfdaşlığının ruhuna zidd olduğunu bildiriblər. Azərbaycanın prinsipial xarici siyasət həyata keçirdiyi, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazandığı, öz iqtisadi qüdrəti ilə yerləşdiyi regiona daha böyük töhfələr vermək potensialına malik olduğu vurğulanaraq, Ermənistanın işğalçı siyasətinin regionda sülh və sabitliyin inkişafına maneə törətdiyi qeyd olunub. Üstəlik, AJR 32 saylı qətnamə layihəsi kimi təşəbbüslərin Ermənistanın təcavüzkar niyyətlərinə cəsarət verdiyi, region xalqları arasında nifaqın güclənməsinə xidmət etdiyi bildirilib. Erməni lobbisinin ABŞ-da, xüsusilə də Kaliforniyada qərəzli, antiazərbaycan fəaliyyətinin davam etdirilməsinə imkan verilməsinin yolverilməz olduğu, bu səpkidə ştat qanunvericilərinin belə hallara qarşı daha diqqətli olmalarının vacib olduğu qeyd olunub. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan Minsk qrupunun tərkibində təmsil olunan və Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan ABŞ-da yerli səviyyədə belə bir qətnamə layihəsinin irəli sürülməsinin tamamilə məntiqsiz və anlaşılmaz olduğu vurğulanıb.
Görüşlər zamanı ştat qanunvericiləri və onların əməkdaşları ilə Azərbaycan-ABŞ münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Öz növbəsində, kaliforniyalı qanunvericilər azərbaycanlı icma fəallarına verdikləri geniş məlumat üçün təşəkkür edərək, Azərbaycan-ABŞ münasibətlərinin böyük önəm daşıdığını, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin regionun inkişafına və beynəlxalq əməkdaşlığa əvəzolunmaz töhfələr verdiyini bildiriblər.
Xatırladaq ki, sözügedən qətnamə layihəsinin müəllifi M.Qatto 2010-cu ildən Ştat Assambleyasında ermənilərin sıx yaşadığı Los Anceles şəhərinin 43-cü dairəsini təmsil edir. Kaliforniya Dövlət Katibliyinin rəsmi məlumatına əsasən, 2009-cu ildən etibarən M.Qattonun seçki kampaniyalarına erməni icması tərəfindən on minlərlə dollar həcmində ianələr köçürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info