Türk təşkilatları Hollandiyanın Almelo şəhərində etiraz aksiyası keçirib
Tarix: 25.04.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində erməni kilsəsi önündə qondarma erməni soyqırımına abidə ucaldılmasına etiraz edərək şəhər bələdiyyəsinin binası qarşısında aksiya keçirib. İş günü olmasına baxmayaraq, çox sayda insanın qatıldığı mitinq izdihamlı keçib. Türk ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri aksiyada çıxış edərək, qondarma erməni soyqırımına abidə ucaldılmasını və buna icazə verənləri qınayıb. Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın bildirib ki, Almelo bələdiyyəsindən sadəcə erməni abidəsi üçün icazə alan ermənilər sonradan əsl simalarını göstərərək onun üzərinə qondarma soyqırım sözlərini yazıblar. İlhan Aşkın abidəni sökülməsinə nail olanadək mübarizəni davam etdirəcəklərini deyib. Çıxış edənlər aksiyanın eyni zamanda xalqların dostluğu və barışı üçün təşkil edildiyini deyiblər. Sonda Almelo bələdiyyəsinə müraciət qəbul olunub və bələdiyyəyə təqdim edilib. Aksiya iştirakçıları əllərində müxtəlif plakatlar, Azərbaycan və Türkiyə bayraqlarını tutublar. Mitinqdə Hollandiya Ankaralılar Dərnəyi, Qərbi Avropa Türk İslam Mərkəzi, Hollandiya Balkan Türkləri Kültür və Dayanışma Dərnəyi və digər türk ictimai təşkilatlarının rəhbərləri və üzvləri qatılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info