Argentina Azərbaycanın peyk layihələrinə maraq göstərir
Tarix: 25.04.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bu ilin mart ayında Argentinaya işgüzar səfəri zamanı uğurlu və səmərəli nəticələrin əldə edildiyini vurğulayan Ə. Abbasov “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə sazişi”nin gələcək əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini bildirib.
Qeyd edilib ki, Argentina tərəfi peyk sənayesi, nüvə texnologiyaları, Argentina-Azərbaycan birgə müəssisələrinin təsis edilməsi, biotexnologiyalar üzrə araşdırmaların aparılması istiqamətləri üzrə ölkəmizlə birgə fəaliyyət və əməkdaşlığın gücləndirilməsi niyyətindədir. Xüsusən, ölkəsinin Azərbaycanın yeni peyk layihələrinə göstərdiyi maraqdan söz açan argentinalı diplomat bildirib ki, Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkəti növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə öz təklifləri ilə iştirak etməyi planlaşdırır. Hər iki ölkənin yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi kimi eyni hədəfə malik olduğunu da vurğulayan diplomat, ölkəsinin Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşunun həyata keçirilməsində maraqlı olduğuna diqqət çəkib.
Səfir əməkdaşlığın genişləndirilməsində birgə layihələrin vacibliyini bir daha önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında Argentina şirkətlərinin iştirakının istisna edilmədiyini, eyni zamanda Argentina Federal Planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri Xulio de Vidonun ölkəmizə gözlənilən rəsmi səfəri çərçivəsində birinci Azərbaycan-Argentina Yüksək Texnologiyalar Forumunun keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb.
Öz növbəsində Ə. Abbasov da mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun həyata keçirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, K. D. Rivanın diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info