“Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihə həyata keçirilir
Tarix: 25.04.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə həyata keçirir. "Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihənin həyata keçirilməsində əsas məqsəd belə uşaqların peşə təhsilinə cəlb olunması işində yeni bir mexanizmin yaranmasına nail olmaq və bu uşaqların peşə təhsilinə cəlbi ilə bağlı təşəbbüslərlə çıxış etməkdən ibarətdir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihədən əsasən müəyyən sayda xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqlar, yeniyetmə və gənclər, həmçinin internat məktəbləri faydalanacaqdır.
"Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasovanın verdiyi məlumata görə bu layihənin icrası zamanı bu qisim uşaqların müəyyən sayı əhatə edilməklə xüsusi kataloq yaradılacaq, kataloqda bu uşaqlar haqqında məlumatlar öz əksini tapacaq, həmçinin layihə zamanı bu qisim uşaqların peşə təhsilinə yiyələnməsi ilə bağlı maarifləndirmə işi həyata keçiriləcək, xüsusi məlumatverici bukletlər hazırlanaraq onlara paylanılacaq, müəssisələr və peşə təhsili verən təşkilatlarla internat məktəbləri arasında rabitə yaradılacaqdır: "Ağrılı haldır ki, tez-tez televiziya efirlərində, sosial şəbəkələrdə uşaq evlərində yaşamaq yaşı ötmüş və ya xüsusi diqqətə ehtiyacı olan uşaqlar, yeniyetmələr, hətta gənclər cəmiyyətə səslənir, çağırış edirlər. Əslində onların problemlərini, məşğulluqlarını ictimai dəstəklə çox asan şəkildə həll etmək mümkündür, bunun üçün isə mütləq şəkildə mexanizm işlənməlidir.
Bu mexanizm həmin gənclərin hamısı olmasa da, müəyyən hissəsi haqqında müfəssəl məlumatı özündə əks etdirən kataloqların hazırlanması, bu kataloqların peşə təhsili müəssisələrinə, kadr axtarışında olan müəssisələrə təqdim edilməsi, həmçinin xüsusi qayğıya ehtiyacı olan, internat məktəblərini bitirən və ya hələ internat məktəbində olan uşaq, yeniyetmə və gənclərlə xüsusi maarifləndirmə işinin aparılmasından ibarətdir.
Düşünürük ki, bu layihə ilə biz haqqında bəhs edilən uşaqların müəyyən qisminin peşə təhsilinə cəlb edilməsi ilə bağlı öz köməkliyimizi göstərə bilərik".
Səbinə Abbasova onu da qeyd edib ki, layihənin ilkin hazırlıq işləri Bakı şəhərində, tədbirlər və maarifləndirici görüşlərin keçirilməsi, maarifləndirici vəsaitlərin paylanması Bakı, Mingəçevir, Lənkəran şəhərlərində həyata keçiriləcəkdir.








 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info