“Aqropark”ların yaradılması sahəsində Niderland təcrübəsi öyrəniləcək
Tarix: 25.04.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının sabiq senatoru Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olub. H. Əsədov kənd təsərrüfatı sahəsində Niderland Krallığının Azərbaycanda həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, hər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini bildirib. Nazir baytarlıq, fitosanitar, kartof toxumçuluğu, “Aqropark”ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürüb. V. D. Linden Niderlandın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraqlı olduğunu qeyd edib və nazir Heydər Əsədovu oktyabr ayında Niderland Krallığında keçiriləcək Biznes Foruma dəvət edib.
Görüşdə iştirak edən Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabriyelsen hər iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info