Bu il əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq
Tarix: 25.04.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


2014-cü ildə Azərbaycanda əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq. Bu barədə jurnalistlərə DGK-nin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
M.Vahabov bildirib: "Bəli, birinci rübün yekunları üzrə bəzi azalmalar müşahidə olunur, amma irəlidə hələ çox vaxt var, il yenicə başlayıb və bu statistika kifayət qədər tam deyil. Əminəm ki, ilin sonunadək əmtəə dövriyyəsinin dinamikası dirçələcək və biz ötən ilin göstəricilərinə çıxacağıq".
Birinci rübdə 5,38 milyard dollar məbləğində ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 15,26 faiz azdır.
Yanvar-mart aylarının yekunları üzrə idxal 1,76 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 20,23 faiz azdır.
Bu dövrdə Azərbaycandan 1093 növdə məhsul ixrac edilib, 4372 növdə isə mal idxal edilib.
Vahabovun sözlərinə görə, bu il aprelin 1-dən başlayaraq avtomobillərə "Avro-4" ekoloji standartının tətbiqi idxalın dinamikasına böyük təsir göstərməyəcək: "Ölkəyə avtomobil idxalının necə dəyişəcəyindən danışmaq hələ tezdir, yeni standartın tətbiqinə bir aydan az müddətdə başlanılıb. Lakin düşünürəm ki, bu təsir cüzi olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info