Ermənistanda ticarət sahəsində 2 min iş yeri bağlanıb
Tarix: 25.04.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


2013-cü ildə Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanıb. Məlumata görə, bu barədə ARKA agentliyi "Ayots aşxar" ("Erməni dünyası") qəzetinə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, hazırda ticarət sahəsində 36 min nəfər çalışır. Halbuki 2012-ci ildə bu göstərici 38,3 min nəfərdən çox idi. Habelə kiçik mağazaların sayı 1,4 min ədəd azalıb.
Nisbətən iri ticarət mərkəzlərində çalışan şəxslərin də sayı azalıb. Bununla əlaqədar qəzet xəbər verir ki, əgər bir il əvvəl 15-dək əməkdaşı olan mağazalarda 5592 nəfər çalışırdısa, indi bu göstərici 5300 nəfərdir.
Bu gün cəmi 744 (il ərzində azalma 15 mağaza) belə mağaza fəaliyyət göstərir.
Yeri gəlmişkən, respublikada bu dövrdə supermarketlərin sayı on ədəd artaraq 155 olub. Supermarketlərin mağazaların sayının cəmi 1,2 faizini təşkil etməsinə baxmayaraq, onlarda bütün ticarətin 69 faizə yaxını həyata keçirilir.
Ehtimal olunur ki, kiçik və orta mağazaların bağlanmasına və ticarətin supermarketlərdə cəmləşməsinə səbəb ağır vergi yükü, həmçinin ticarət sahəsində fəaliyyət göstərən və illik dövriyyəsi 58 milyon dram olan şirkətlər üçün vergi dərəcəsinin çox olmasıdır.
2013-cü il yanvarın 1-dən Ermənistanda illik dövriyyəsi 58,35 milyon drama qədər olan, əvvəllər gəlir vergisi və ya mənfəət vergisi ödəmiş kiçik və orta müəssisələr üçün dövriyyədən vergi tətbiq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info