Putinin məsləhətçisi dollardan imtinanı təklif edir
Tarix: 25.04.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Rusiya prezidentinin müşaviri Sergey Qlazev ölkə iqtisadiyyatını ABŞ və Avropa İttifaqından gözlənilən sanksiyalardan qorumaq üçün xüsusi plan təklif edib. “Vedomosti” nəşri xəbər verir ki, Qlazevin planı 5 bənddən ibarətdir. Prezident Putinin məsləhətçisinin planı iki məqsədə xidmət edir - sanksiyalara dərhal cavab vermək və Rusiyanın xaricdən asılılığını maksimal şəkildə azaltmaq. Dövlət rəsmisi hesab edir ki, Rusiya iqtisadiyyatında, dövlət və özəl sektorunda həyata keçirilən əməliyyatlarda, o cümlədən əhalinin maliyyə hesablaşmasında dollardan istifadəni minimuma endirmək vacibdir: “Putinin məsləhətçisi təklif edir ki, avro və dollar hesabları təcili şəkildə NATO ölkələrindən neytral dövlətlərə köçürülməli, Rusiya Bankı öz növbəsində dollar alətindən istifadəni və sanksiyalara dəstək ifadə edən ölkələrin dövlət istiqrazlarını azaltmalıdır. Dövlət şirkətləri və banklarına Qərb banklarından alınan kreditləri rublla əvəzləmək imkanı verilməlidir. Bu əməliyyatları Mərkəzi Bank maliyyələşdirməli, məqsədli qiymətli kağızlar buraxılmalı, pullar isə Xarici Ticarət Bankında yerləşdirilməlidir”. Qlazev Rusiyanın maliyyə sektorunun xarici infrastrukturdan, iqtisadiyyatın dollar hesablaşmalarından asılılığını minimuma endirməyi təklif edir. Putinin məsləhətçisi hesab edir ki, kommersiya banklarının valyuta mövqeyi məhdudlaşdırılmalıdır ki, bu da rubl ətrafında spekulyasiya və kapital axınının qarşısını ala bilər. Səsləndirilən təkliflərdən biri də Rusiyanın Gömrük İttifaqına üzv olan ölkələr, qeyri avropalı və dollar ölkəsi olmayan dövlətlərlə hesablaşmalarda milli valyutalara keçməklə bağlıdır. Qlazevə görə əhali ilə maarifləndirici iş aparılmalıdır ki, əhali valyutalara güvənməsin. Çünki kommersiya banklarının valyuta öhdəliyi sanksiya tətbiq ediləcəyi halda dondurulacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info