“Birinci İnformasiya”: “Ermənistan vətəndaşı olmaq təhqir olunmaq, alçalmaq deməkdir”
Tarix: 25.04.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Aram Amatuni: “On minlərlə erməni rus dilindən imtahan verərək Rusiya vətəndaşlığı almaq üçün növbəyə dayanıb”

Rusiya postsovet məkanı ölkələrindən olan vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi ilə bağlı qaydaları sadələşdirib. Ukraynada baş verən məlum olaylar fonunda belə bir qanunun qəbul edilməsi təsadüfi deyil. Rəsmi Moskvanın yaranmış münbit şəraitdən yararlanaraq qəbul etdiyi bu qanun həm də perspektiv üçün nəzərdə tutulub. 150 milyondan bir qədər az əhalinin yaşadığı Rusiyanın Sibir, Uşaq Şərq kimi bölgələri insansız ərazilərə çevrilib. Həmin ərazilər Çinin miqrasiya və psixoloji təzyiqi altındadır. Doğum səviyyəsinin aşağı, ölüm səviyyəsinin yüksək olduğu Rusiya insan resursundan əziyyət çəkir. Bəzi mənbələrin hesablamalarına görə, Rusiyaya il ərzində təxminən 300 min miqrant lazımdır. Bu qədər miqrantı haradan tapmaq olar? Bu məsələni şərh edən “Birinci İnformasiya” yazır ki, Rusiya ABŞ və Avropa ölkəsi deyil ki, yüksək ixtisaslı mütəxəssislər, peşəkar kadrlar yüksək maaş üçün həmin ölkələrə üz tutsunlar. Müəllif Aram Amatuni qeyd edir ki, Rusiyanın ümidi ancaq postsovet ölkələrinədir: “Moskva Ukrayna hadisələrindən istifadə edərək demoqrafiya problemini həll etməyə çalışır. Postsovet ölkələrinin vətəndaşlarına Rusiya pasportu verilməklə, onların Sibirin boş ərazilərində məskunlaşdırılması planlaşdırılır. Moskva bu siyasətini həyata keçirmək üçün ən rahat şəkildə Ermənistandan istifadə edir. Rusiya onsuz da Ermənistandan hərbi baza saxlanmaq üçün ərazi kimi istifadə edir. İndi isə işləmək üçün Rusiyaya axışan ermənilərə pasport veriləcək. Moskva bununla həm demoqrafiya problemini həll edir, həm də onsuz da formal müstəqil olan Ermənistanın saxlanma xərcinə qənaət edir. Rusiya bununla bir güllə ilə bir neçə “dovşan” vurur. Hansı ki, həmin “dovşanlar” onsuz da Ermənistandakı ağır şəraitə, yoxsulluğa, korrupsiya və saxta seçkiyə görə əvvəldən öldürülüblər. Ona görə də rusların vətəndaşlıq vermək üçün erməniləri dilə tutmasına ehtiyac yoxdur. Ermənistan vətəndaşları Rusiya pasportunu xilaskar kimi qəbul edirlər. On minlərlə erməninin rus dilindən imtahan verərək Rusiya vətəndaşlığı almaq növbəsinə durması da bunu təsdiq edir. İşləmək üçün Rusiyaya gedən on minlərlə erməni düşünmədən imtahan verərək vətəndaşlıq alır. Heç bir bürokratik əngəl olmadan asanlıqla Rusiya vətəndaşlığı almaq həm onun oradakı işini asanlaşdırır, həm də Ermənistandakı ailəsini sakitcə öz yanına aparmasını. Bu fakt Ermənistanın onsuz da formal müstəqilliyinə, təhlükəsizliyinə böyük zərbədir. Ermənistan əhalisi sürətlə Rusiyaya qaçır. Nəzərə alsaq ki, Ermənistan əhalisinin yarısı çörəyini Rusiyada qazanır, onda müstəqilliyin hansı səviyyədə olması aydın olur. Rəsmi İrəvan əhalinin Rusiyaya qaçmasının qarşısını almaq, onlar üçün ölkədə normal həyat şəraiti yaratmaq üçün heç nə etmir. Bu gün Ermənistan vətəndaşı olmaq əhəmiyyətsiz bir şeydir. Ermənilər ölkələrində təhqir olunur, şərəf və ləyaqətləri alçaldılır. Ermənistan vətəndaşı olmaq təhqir olunmaq, alçalmaq deməkdir. Rəsmi İrəvan hakimiyyəti və müxalifəti xalqın sevgisini, razılığını yox, Kremlin simpatiyasını qazanmağa çalışır. Ermənistan vətəndaşı bu prosesdə qızğın “nitq qəhramanı”ndan başqa bir şey deyil. Ona görə də başlarını götürüb Rusiyaya gedirlər. Onsuz da Ermənistanda heç kim onlara yaxşı həyat vəd etmir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info