“Saxta “erməni soyqırımı” iddialarını tanıyan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq kimi istifadə edir”
Tarix: 26.04.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


“Hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir.
Ermənilər öz mənfur məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitələrə əl atırlar. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Əminliklə demək olar ki, bu iddialara müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzlidir”. Bu fikirləri “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov səsləndirib. Onun sözlərinə görə, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi hər il qondarma erməni soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, dünyada törədilən ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı soyqırımı günü ilə bağlı anım tədbirlərini həyata keçirir: “Həmçinin, Xocalı soyqırımı ilə baglı videoçarx hazırlamışıq. Həmin videoçarxda ermənilərin Xocalıda törətdikləri bəşəri cinayətlər qabarıq və müfəssəl şəkildə öz əksini tapıb. Eyni zamanda, qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində tədbirlər keçirib ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün işlər görmüşük”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info