Bakının iki rayonunda günəş elektrik stansiyalarının tikintisinə başlanılıb
Tarix: 26.04.2014 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni “Suraxanı” günəş elektrik stansiyasının inşasına başlanılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən məlumata görə, stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılıb. Hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi başa çatır. Layihənin icraçısı podratçı şirkət olan “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Hazırda 80 nəfərlik işçi qüvvəsinin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Stansiyada istehsal olunacaq enerji “Bakelektrikşəbəkə” ASC-nin şəbəkəsinə qoşulacaq. Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun enerji təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə aparılır. İkinci aydır ki, “Pirallahı” günəş elektrik stansiyasının tikintisinə başlanıb. Hazırda 2 hektar ərazidə layihənin ilkin mərhələsi tamamlanmaq üzrədir. Mayın 10-dək inşası başa çatan bu mərhələdə 1,2 meqavat enerji istehsalı nəzərdə tutulub. Stansiya ilin sonunadək tam istifadəyə veriləcək, rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılıb. Quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün ərazidə ölçü işləri aparılır. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaq. Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında da yeni stansiyaların tikintisinə başlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info