“Rusiyanın Orta Asiyanı tərkibinə qoşmaq planı yoxdur”
Tarix: 26.04.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


"Rusiyanın Orta Asiyanı Rusiyanın tərkibinə qatmaq və ya Krımdakı hadisələri burada təkrar etmək fikri yoxdur». Bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin XII Avrasiya Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, Liberal Demokrat Partiyasının liderinin səsləndirdiyi «Rusiya Federasiyası tərkibində Orta Asiya Federal rayonu» ifadəsinə münasibət bildirərək deyib: “…Jirinovskinin hər hansı bir bəyanatına təmkin nümayiş etdirmək lazımdır».
«Onun sözlərində heç bir dəlil yoxdur. Jirinovski bütün karyerası ərzində bizim planlarımızda olmayan şeylər barədə açıqlamalar verib. Onun məntiqi ilə gərək biz artıq Hind okeanında çəkmələrimizi yuyurduq. Belə bir şey olmayıb və heç vaxt da olmayacaq» - deyə MDB ölkələri İnstitutunun direktoru bildirib.
Qazaxıstan jurnalistinin «Niyə indiyə qədər Jirinovski söylədiyi hesabatlara görə mühakimə olunmayıb?» sualına cavab olaraq Zatulin deyib: «Niyə bənzər Qazaxıstan siyasətçiləri, Avrasiya inteqrasiyasına qarşı çıxırlar, indiyə qədər məsuliyyətə cəlb edilməyiblər? Xahiş edirəm, söyləyin, cənab Canbolat Mamay bu yaxınlarda antiavrasiya forumu keçirib. Bu, qazax xalqının baxışını ifadə edirmi? İnsanlar rəy verməkdə, öz fikirlərində azaddırlar. Belə bir rus məsəli var : Biz hər ağıza dəsmal ata bilmərik».
Daha sonra Avrasiyaya inteqrasiyanın Orta Asiya ölkələrinin suverenliyi üçün təhlükə ehtimalına münasibət bildirən Zatulin qeyd edib ki, hər hansı dövlətin suverenliyinə əsas təhlükə ilk növbədə öz daxili inkişafı ilə bağlıdır: «Əgər Orta Asiya ölkələri «həyat standartlarını necə yüksəltmək» sualına cavab tapmırsa, daxili gərginliyi aradan qaldırmaq iqtidarında deyilsə, bu halda, əlbəttə ki, ölkədə problemlər ortaya çıxacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info