Əlillərə tibbi arayışların verilməsi forması dəyişdiriləcək
Tarix: 26.04.2014 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda əlillərə tibbi arayışların verilməsi forması dəyişdiriləcək. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi direktoru Cəbrayıl Əsədzadə deyib ki, bu vaxta kimi əlillərə tibbi arayış verilirdi və o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kağız formasında təqdim edilirdi.
Mərkəz direktoru vurğulayıb ki, yeni sistem yaranandan sonra bu iş elektron formada həyata keçiriləcək və əlillərin tibbi arayışı birbaşa nazirliyə göndəriləcək. Onun sözlərinə görə, bu istiqamətdə hazırda işlər bitir və əlillərə tibbi arayışın verilməsi üçün informasiya sistemi, proqram təminatı bazası bitmək üzrədir: “Artıq yeni sistemin testləri aparılır. Yaxın vaxtlarda onun tətbiqinə başlanacaq və tibbi arayışlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron formada göndəriləcək. Bir çox məsələlərin həlli üçün elektron arayışların verilməsi daha məqsədəuyğundur. Məlumatlar elektron bazada toplandığı halda onun şəffaflığını qorumaq və nəzarəti gücləndirmək daha rahat olur. Vətəndaş istənilən vaxt bazadan arayışın surətini ala bilər. Tibbi arayış nazirliyə göndərildikdən sonra onun doğruluğunu yoxlayıb təsdiq etmək rahat olacaq”. C.Əsədzadə qeyd edib ki, artıq bir sıra arayışların elektron formada verilməsi tətbiq edilib. Onun sözlərinə görə, yanvarın 1-dən ölkədə sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışların verilməsi elektronlaşdırılıb: “Bundan əlavə, şəxsiyyət vəsiqələrinin verilməsi üçün tibbi arayışın verilməsi elektron formada tətbiq edilir. Artıq bunlar yeni formada və elektron şəkildə verilən arayışlardır”.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info