Nano və nüvə texnologiyaları inkişaf etdiriləcək
Tarix: 26.04.2014 | Saat: 01:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda yüksək texnologiyalar, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyaları inkişaf etdiriləcək. Bu işlərin həyata keçirilməsi Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da nəzərdə tutulur.
Strategiyada, həmçinin innovativ, elmi-texniki fəaliyyətin və modernləşmə proseslərinin dəstəklənməsi, dövlət siyasəti alətlərinin səmərəliliyinin artırılması, rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırılması, bu sahədə azad və şəffaf rəqabət şəraitinin inkişaf etdirilməsi, eləcə də biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılması, investisiyaların və intellektual mülkiyyətin qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri əksini tapıb.
Bundan əlavə, İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət və ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların idxalının genişləndirilməsinə əlverişli mühit yaradılması məqsədi ilə xüsusi vergi və gömrük rejimlərinin tətbiq olunması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlərin genişləndirilməsi, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının və digər innovasiya strukturlarının inkişaf etdirilməsi planlaşdırılır.
Sadalananlarla yanaşı, Azərbaycanın regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək, biznes sektorunda İKT-nin tətbiqi genişləndiriləcək və internet iqtisadiyyatı, o cümlədən elektron ticarət inkişaf etdiriləcək, eyni zamanda, informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılması genişləndiriləcək və İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrinə dəstək veriləcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info