“Biz innovativ oyunların modelini yaratmağa çalışırıq”
Tarix: 28.04.2014 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


"Avropada hamı bizim birinci Avropa Oyunlarına hazırlığımız və gördüyümüz tədbirlə fəxr edəcək". Bu barədə gənclər və idman naziri Azad Rəhimov Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresində çıxışı zamanı bildirib.
A.Rəhimovun sözlərinə görə, konqresin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində təşkil edilməsi ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: "Biz innovativ oyunların modelini yaratmağa çalışırıq. Bu, sadəcə idman yarışması olmayacaq. Bu, yeni idman məntəqələrinin tikilməsinə yardım edəcək".
Nazir qeyd edib ki, Bakı idman şəhəridir, ona görə də idmanla bağlı burada yeni bir tədbirin keçirilməsinə şaddır: "Ümid edirəm ki, Bakıda gözəl vaxt keçirəcəksiniz. Sizi gələn il burada yenidən görməyə ümid edirəm".
O, idman jurnalistlərinə Bakıda gözəl turist yerləri, sosial və digər sahələrlə yaxından tanış olmağı tövsiyə edib.
Qeyd edək ki, mayın 1-dək Bakıda keçiriləcək AİPS-in 77-ci konqresində iştirak etmək üçün 110 ölkədən 250-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib.
Konqres çərçivəsində, həmçinin AİPS Avropanın hesabat-seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AİPS komissiyalarının toplantısı olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info