Bakı 2015 Avropa Oyunlarının rəhbərliyində dəyişiklik olub
Tarix: 28.04.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Üçüncü Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasında pozitiv dəyişikliyə rəhbərlik etdikdən sonra bu gün Bakı 2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Cim Şerr vəzifəsini tərk etməsi barədə qərar qəbul edib və ABŞ-a qayıdıb.
Məlumata görə, Şerr təşkilata 12 ay ərzində rəhbərlik edib və bu vaxt ərzində o, innovativ və əsas diqqəti atletlər üzərində cəmləşən ilk Avropa Oyunlarının həyata keçirilməsi üçün tələb olunan planlaşdırma və təşkilati strukturları yerinə qoyub.
Cim Şerr deyib: "Mən şübhə etmirəm ki, Avropa Oyunlarının gələn yay Bakı şəhərində uğurla keçirilməsi üçün təşkilatı fantastik vəziyyətdə tərk edirəm. Koordinasiya Komitəsində son digər bir pozitiv dəyişiklikdən sonra mən hiss edirəm ki, gənc ailəmlə birlikdə daha çox vaxt keçirmək və təsis etdiyim konsaltinq, yarışlar və marketinq şirkəti olan "776 Marketinq"in baş icraçı direktoru kimi vəzifəmə başlamaq üçün Amerika Birləşmiş Ştatlarına qayıtmağın əsl vaxtıdır.
Bakı şəhərində olduğum vaxt ərzində mənə verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istəyirəm və əminəm ki, formalaşdırdığımız olduqca istedadlı və peşəkar kollektiv Azərbaycan və Avropanın qalan hissəsinin fəxr edəcəyi bir yarış həyata keçirəcək".
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib: "Biz hamımız Bakı 2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru vəzifəsini yerinə yetirərkən etdiyi rəhbərliyə görə Cimə dərin minnətdarlığımızı bildiririk. Onun səyi nəticəsində innovativ və atlet yönümlü mükəmməl modelin yaradılması ilə Oyunlar Avropa Olimpiya Komitələrinin konsepsiyasının tələblərinə cavab verə bilən səviyyəyə qaldırıldı. Biz ona gələcəkdə böyük uğurlar arzulayırıq".
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Mən Cimə Bakıda olduğu dövr ərzində göstərdiyi peşəkarlığa, səyə və etdiyi rəhbərliyə görə təşəkkür etmək istəyirəm. Onun tövsiyələri ilə biz işimizdə böyük irəliləyişə nail olmuşuq və o, birinci Avropa Oyunlarının nümunəsini yaratmaqda inteqral rol oynamışdır. Gələn il ilk cəlbedici Avropa Oyunlarını reallaşdıracağımız üçün biz indi hazırlıq işlərimizin növbəti mərhələsini nəzərdən keçiririk".
Azərbaycanın tarixində ilk ən böyük çoxnövlü idman yarışında 19 idman növü üzrə Avropadan 6000 idmançı iştirak edəcək.
Bakı MOK-lar və Avropa atletlərinə qarşıdakı onilliklər üçün 20 böyük təzə və təmir olunmuş yarış obyektlərinə sərmayə yatıraraq Avropa atletləri və Azərbaycan gəncləri üçün gözəl yerlər və dünya səviyyəli obyektlər təmin edir.
Bakı 2015 Avropa Oyunları Cim Şerri əvəz edən şəxsi təyin edib və bu, 28 aprel 2014-cü il tarixində saat 12:30-da (yerli vaxt) rəsmi şəkildə elan olunacaq.

Bakı 2015 gələn il 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitə üçün ilk Avropa Oyunları olacaq.
2015-ci il Bakı Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz xalqlarını təmsil edəcəkləri gözlənilir.
Səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info