Gənc diplomatlar Fələstin səfiri ilə görüşüblər
Tarix: 28.04.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə aprel ayının 26-da “Auditoriyada səfirdir” layihəsi çərçivəsində 5-ci görüş keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir. Layihə çərçivəsində gənc diplomatların qonağı Fələstin Milli Administrasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmandır. Görüş Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimovun nitqi ilə açıq elan edilmişdir. Eltun İbrahimov çıxışında Fələstin və Azərbaycanın tarixi əlaqələrindən, bu əlaqələrin keçmiş prezidentlər Heydər Əliyev və Yasir Ərəfat dövründən movcud olduğundan danışmışdır.
Görüşdə növbəti çıxışı cənab səfir Nasir Əbdülkərim etmişdir. Səfir Fələstinin yaxın və keçmiş tarixindən, İsraillə olan tarixi və hazırkı vəziyyətdən söz açmışdır. Əlavə olaraq səfir qeyd etmişdir ki, konfliktin sülh yolu ilə həll olunması üçün aparılan 9 aylıq danışıqların uğursuzluğunun və dayandırılmasının məsuliyyəti tamamilə İsrailin üzərinə düşür. Səfir qeyd etmişdir ki, Fələstinin mövqeyi sona qədər yalnız və yalnız sülh danışıqlarıdır. Fələstin müşahidəçi statusu qazandıqdan sonra 15 təşkilata üzv olmaq haqqı qazanmışdır. Sülh danışıqları nəticə verməsə, Fələstin ilk əvvəl Beynəlxalq Təşkilatlar vasitəsilə, son variant kimi Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini bəyan etmişdir. Həmçinin səfir çıxışında dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktində Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdir.
Görüşdə son və yekun çıxışını isə tədbirin moderatoru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş Məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov etmişdir. Politoloq Fələstin üçün gərgin tarixi şəraitin yetişdiyindən, İsraillə Fələstin arasında sülh danışıqlarının davam etdiyi 9 aylıq müddətin artıq bitdiyindən və müharibə təhlükəsinin yarandığından söz açmışdır.

İlkin





 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info