Fransanın nüfuzlu jurnalında Azərbaycanla bağlı yazı
Tarix: 28.04.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Fransanın nüfuzlu “Le Moci” jurnalı Azərbaycana xüsusi buraxılış həsr edib.
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, jurnalın xüsusi buraxılışında Fransanın Azərbaycandakı strategiyası və uğurlarından, ölkəmizin enerji sahəsində Avropanın vacib tərəfdaşı olmasından, Azərbaycanın neft-qaz ölkəsi kimi əhəmiyyətindən, ölkəmizin iqtisadiyyatının diversifikasiyasından bəhs olunur.
Jurnalda Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətində aparılan işlər barədə geniş məlumat yer alıb.
“Le Moci”nin xüsusi buraxılışında həmçinin Azərbaycanın zəngin tarixi və mədəni irsindən, turizm potensialından, habelə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, erməni təcavüzünün bütövlükdə regionundan təsirindən bəhs olunur.
Jurnalda Azərbaycan və Fransanın tanınmış dövlət xadimlərinin, nazirlərin, diplomatların, eləcə də Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin nümayəndələrinin müsahibələri dərc edilib.
Qeyd edək ki, “Le Moci” adlı iqtisadi jurnal 1883-cü ildən nəşr olunur. Fransada ən çox satılan jurnalların ilk “onluğu”nda yer alan nəşrin 5 milyonadək daimi oxucusu var.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Güclü küləyə görə metronun “Elmlər Akademiyası“ stansiyasının çıxışı bağlandı
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info