Nazirlik daha 3 qeyri-dövlət yardım mərkəzinə akreditasiya atestatları təqdim etdi
Tarix: 28.04.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş daha 3 qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatları təqdim olunub. Həmin təşkilatlar “İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi”, “Uşaq Fondlarının Beynəlxalq Assosiasiyası “Azərbaycan Uşaq Fondu”nun Gəncə şəhər Təşkilatı və Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətidir.
Attestatların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov bununla akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinin sayının 7-yə çatdığını qeyd edib. İ.Rəhimov bildirib ki, KİV-lərdə müvafiq elanlar verildikdən sonra akkreditasiya üçün 10-dək təşkilat nazirliyə müraciət edib. Nazirlikdə yaradılmış, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin sənədləri diqqətlə araşdırılır. Onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması əsas meyarlar kimi diqqətdə saxlanılır. Bu təşkilatların akkreditasiyası həm də onların fəaliyyətinə dövlət nəzarətinin tətbiqinə, onlarla müvafiq məlumat mübadiləsinə və məişət zorakılığından zərər çəkmiş şəxslər barədə gələcəkdə məlumat bankının yaradılmasına imkan verir. Eyni zamanda, belə təşkilatlardan müsbət iş təcrübəsi ilə seçilənlərə gələcəkdə müvafiq qruplardan olan şəxslərə sosial xidmətlər göstərilməsi üçün sosial sifarişlər də verilə bilər.
Tədbirdə qeyd olunub ki, artıq Bakı, Gəncə, Sumqayıt şəhərlərində ümumilikdə 7 qeyri-dövlət yardım mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi və s. istiqamətlərdə fəaliyyət göstərirlər. Məişət zorakılığından zərər çəkmiş şəxslər həmin mərkəzlərin xidmətlərindən istifadə edə bilərlər. Bu mərkəzlər barədə ətraflı məlumatlar nazirliyin rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib. Saytın ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsinə daxil olmaqla, həmin mərkəzlərin yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. barədə məlumat əldə etmək olar.

İlkin






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info