Çexiya ilə biznes forum keçirilib
Tarix: 28.04.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçekin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətində rəsmi şəxslər və iş adamları təmsil olunur.
Səfər çərçivəsində Çexiya nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Çexiyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclası keçirilmişdir. Tədbirdə Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak etmişlər.
İclasda çıxış edən Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişafında dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir. Qarışıq Komissiyanın 1-ci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir müavini iki ölkə arasında müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü, turizm, mədəniyyət, muzey işi və kitabxana sahəsində sənədlərin imzalandığını diqqətə çatdırmışdır. Ölkələrimiz arasında beynəlxalq yükdaşımalarına dair saziş layihəsi isə razılaşdırma mərhələsindədir. Kənd təsərrüfatı, nəqliyyat, maliyyə, səhiyyə, mədəniyyət sahələrində də əlaqələrimiz genişlənmişdir. Bununla belə, əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Niyazi Səfərov ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsini, biznes forum, sərgi və s. tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat vermişdir.
Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek çıxışında Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edərək, komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulamışdır. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən cənab Qavliçek çıxışında Çexiya iqtisadiyyatına dair məlumat vermişdir.
İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Qarışıq Komissiyanın həmsədrləri – Azərbaycan respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek imzalamışlar. Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın davam etdirməsi nəzərdə tutulur.
Sonra iş adamları Azərbaycan-Çexiya biznes forumunda bir araya gəlmişlər. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahəsində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki ölkə arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, Parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının fəaliyyət göstərdiyini qeyd etmişdir. Bütün bunlar isə Azərbaycan və Çexiya arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin inkişafında, iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət, tikinti, rabitə və s. sahələrdə 13 çex kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanın Çexiya ilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Niyazi Səfərov bu baxımdan biznes forum və sərgilərin əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Çexiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Çexiyanın Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info