Latviyanın sabiq Prezidenti: “Əgər Nizami Gəncəvi irsinin davamçılarıyıqsa...”
Tarix: 28.04.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“Nizami Gəncəvi fars dilində şedevrlər yaradıb. Azərbaycanın Gəncə şəhərində yaşayıb yaratmış Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir. Əgər Nizami Gəncəvi irsinin davamçılarıyıqsa, onun yaradıcılığından istifadə edib, stereotipləri aradan qaldırmalıyıq”.
Məlumata görə, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa deyib. O bildirib ki, bu gün forumda iştirak edənlər beynəlxalq münasibətlərin inkişafında maraqlı olan insanlardır: “Biz bir araya toplaşırıqsa, dünyanın müxtəlif yerlərində qan tökülməsinin qarşısının alınması üçün məsləhətlər verməliyik. Çünki qətlə yetirilən insanlar yaşamaq hüququndan məhrum olurlar. Biz 2000-ci ildə BMT-nin Minilliyin İnkişafı Proqramını qəbul edərkən bu hadisələrin baş verəcəyinə inanmırdıq. Saysız-hesabsız konfranslar keçirilir. Ancaq mən prezident İlham Əliyevə təşəkkür edirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla bağlı tədbirin keçirilməsinə dəstək verəcəyini bildirib. Bu, əslində BMT səviyyəsində tədbirdir. Biz dialoq vasitəsilə müəyyən etməliyik ki, açıq cəmiyyət nə deməkdir”.
Latviyanın sabiq prezidenti forumda Şərq və Qərb, Şimal və Cənub arasında əlaqələrin gücləndirilməsi məsələlərinin müzakirə edilməli olduğunu qeyd edib: “Biz BMT çərçivəsində mexanizmlər müəyyən etməliyik ki, ölkələrin ərazi bütövlüyü qorunub saxlanılsın. Hökumətlərin insan ləyaqətinə hörmət etməsinə, toplaşmaq, fikir azadlığına daha fəal yanaşmalarına nail olmalıyıq. Burada diplomatik yox, dostlar arasında mehriban söhbətlər aparırıq. Bu, yeni formalaşan siyasətçilər nəsli tərəfindən istifadə edilə bilər. Biz dünyanın yaxşıya doğru
dəyişməsinə çalışmalıyıq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info