Zərifə xanım Əliyevanın doğum günü NDU-da qeyd olunub
Tarix: 28.04.2014 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.
Elmi konfransda rektor, professor Saleh Məhərrəmov çıxış edərək, dünya şöhrətli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, elmi və ictimai fəaliyyətindən, mənalı ömür yolundan danışaraq bildirib ki, xalqımızın qəlbində əbədi yaşayan görkəmli elm xadimi Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əziz xatirəsi elmin işığında, nur verdiyi insanların qəlbində əbədi yaşayır.“Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edən Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb. Tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin “Dünyanın tanınmış elm xadimlərinin Zərifə xanım Əliyeva haqqında xatirələri”, Əczaçılıq və stomatologiya kafedrasının müəllimi Əzizə Hüseynovanın “İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi” mövzulardakı məruzələrində vurğulanıb ki, Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirmişdir.
Məruzələrdən sonra Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info