“The Financial Times“: “Rusiyanı cəzalandırmaq mənasızdır”
Tarix: 28.04.2014 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“ABŞ-ın strategiyası qarşıdurma və kompromisləri saya almalıdır”

“Vaşinqton Moskva ilə əməkdaşlıq etməyə məcburdur”


Böyük Britaniyanın "The Financial Times" qəzeti Rusiya-ABŞ münasibətlərinə dair maraqlı yazı yazıb. Yazıda bildirilir ki, Vaşinqtonda indi çoxları Rusiyanı aqressvliyinə görə dayandırmaq və Avropada soyuq müharibədən sonra yaranmış nizamı saya almadığına görə onu cəzalandırmaq strategiyası barəsində danışır. Bu strategiyanın tərəfdarları qeyd edirlər ki, məhz adekvat metodlar Sovetlər Birliyinin gücünü çökdürdü və İranı danışıqlar masasına oturmağa vadar etdi.Onlar daha sonra qeyd edirlər ki, bu məsələdə uğurlar bir halda 40 ildən sonra gəldisə, digərində bir düjün ildən sonra əldə edildi. Saxlama və dayandırma – uzunmüddətli strategiyadır. Buna minimum, Putinin hakimiyyətdə olduğu müddət qədər vaxt tələb olunur. Həm də hazırkı situasiyada bu, mənasızdır, çünki ABŞ-ın maraqlarına cavab vermir. Rusiyanı iqtisadi baxımdan təcrid etmək olmaz. Rusiya iqtisadiyyatın böyüklüyünə görə dünyada 6-cı yeri tutur və karbohidratların ən böyük ixracatçıları sırasındadır. O, Avropa Birliyinin neft və qazının üçdəbir hissəsini verir. Cümə günü Ağ ev tam Qərb sanksiyaları olacağını vəd etmişdi, amma sürətlə inkişaf edən böyük iqtisadiyyatlar Rusiyanı təcrid etməyə hazırlaşmırlar. Onlardan heç biri Rusiyanı Krımın ilhaq edilməsinə görə mühakimə edən BMT-nin Baş Assambleyasının qətnaməsini dəstəkləməyib.
Bundan başqa, ABŞ-ın, NATO-dakı müttəfiqləri də daxil olmaqla digər ölkələri Rusiya ilə əlaqələri kəsməyə məcbur etməyə və inandırmağa siyasi gücü və avtoriteti çatmaz. Amerikanlar on illik uğursuz müharibələrdən sonra usanıblar. Avropalılar daxili problemləri ilə məşğuldurlar və Rusiyanı saxlamaq üçün qurban getməyə hazır deyillər. Üstəlik, Ukraynaya görə heç kim buna hazır deyil. Həmçinin, bu saxlama ABŞ-ın da maraqlarına cavab vermir. Birqütblü və ikiqütblü dünyada Rusiyanı təcrid etmək səyləri hardasa mümkün ola bilərdi və məna kəsb edərdi. Amma indi bir neçə məsələyə görə Vaşinqton Moskva ilə əməkdaşlıq etməyə məcburdur. Hazırkı zamanda bu cür məsələlər terrorizmə qarşı mübarizə və nüvə silahının yayılmamasıdır. Gələcəkdə isə bu məsələlərə Çinlə münasibətlər əlavə edilə bilər. Ukrayna böhranında ABŞ-ın iki tapşırığı var: birincisi, ona Ukraynada situasiyanı stabilləşdirmək və Rusiyanı orada yeni əraziləri tutmaqda dayandırmaq lazımdır. İkincisi, o, hazırkı Avropa nizamını saxlayan prinsipləri qorumalıdır.
Bu tapşırıqları həyata keçirmək üçün Vaşinqton Moskvaya qarşı dəqiq əks tədbirlər və eyni zamanda ehtiyatlı düşünülmüş kompromislər etməlidir. Amerikan strategiyası Rusiya aqressiyasına cavab verməlidir. NATO-nun nizamnaməsinin 5-ci maddəsinə inamı möhkəmləndirmək lazımdır. Bu maddə isə kollektiv müdafiəyə həsr edilib. Bu, qorxmuş müttəfiqləri sakitləşdirmək və Rusiyanı geri atmaq üçün lazımdır. Bizə tələb olunur ki, Polşanı və Baltik ölkələrini hərbi təlimlərlə dəstəkləyək. Sonra isə NATO ölkələrinə son zamanlar azalmış hərbi potensiallarını bərpa etmək lazımdır.
Amma təkcə indiki sanksiyalarla kifayətlənmək olmaz. Sanksiyalar ABŞ-ın hiddətini göstərir, amma onlar Rusiyanı saxlamağa və Ukraynanın problemlərini həll etməyə kömək etmirlər.
Ukrayna parçalanıb, onun dövləti isə müflisləşməyə yönəlib. Kiyevdə inqilab baş verəndən sonra isə Ukraynada dövlət hakimiyyəti zəifləyib və ön plana regionlar arasında dərin siyasi ixtilaflar çıxıb. Ölkənin şərqindəki üsyana qarşı dövlətin tammiqyaslı əməliyyat apara bilməməsi göstərir ki, Ukrayna hərbi qüvvələri və xüsusi təyinatlıları nə qədər etibarsızdırlar. Bundan başqa Ukrayna maliyyə kollapsı həddindədir. Hətta Rusiyanın maneçiliyi olmadan da Ukraynaya dövləti yenidən ayaqda saxlamaq, milli konsensusa nail olmaq və iqtisadiyyatı bərpa etmək zor olardı. İndi isə Moskva ilə əməkdaşlıq etmədən bunu etmək mümkün olmayacaq. Rusiya Ukraynaya neft və qaz ixrac edən əsas ölkədir. Ukrayna ticarətinin üçdəbir hissəsi onun payına düşür. Avropadan fərqli olaraq, Rusiya Ukrayna malları üçün bazar rolunu oynayır. Tarixi əlaqələr, şəxsi kontaktlar və milli identiklik Rusiyanı Ukraynanın daxili siyasətinə güclü nüfuz etməyə imkan yaradır. Bununla yanaşı, Moskva Ukrayna ilə bağlı planlarının gerçəkləşməsinə ABŞ və Avropadan daha çox xərcləməyə hazırdır. Çünki Rusiya bu ölkəni özünün təhlüəsizliyi üçün həyati vacib sayır. Qərb ölkələri isə Ukraynaya belə yanaşmırlar. Əgər biz Ukraynanın gələcəyinin olmasını istəyiriksə, bu və ya digər dərəcədə Rusiyanın maraqlarını qarşılamalıyıq. Kompromis üçün misal artıq aydındır: Ukrayna üçün bloksuzluq statusu, onun siyasi institutlarının desentralizasiyası, rus dili üçün müəyyən rəsmi status və amerikan, Avropa, Rusiya resursları ilə təmin edilmiş iqtisadi paket. İndi Kiyev Rusiya maraqlarına cavab verən Konstitusiya islahatı təklif edir. Bunun detallarını müzakirə etmək qalır. Rusiyanı saxlamaq üçün yeni rıçaqlar axtarmaq əvəzinə, ABŞ məhz bu məsələyə fokuslanmalıdır. Məhz Kiyevə mənəvi və maddi dəstək verməyə yönəlmiş ABŞ fəaliyyəti məsələnin danışıqlar yolu ilə ədalətli həllini təmin edə bilər. Ukrayna isə nəticədə ABŞ-ın görmək istədiyi kimi Qərbə oriyentirlənmiş ölkə olmayacaq. Moskva Ukraynaya nəzərəçarpacaq dərəcədə nüfuz edəcək. Ukrayna uğrunda geopolitik mübarizə bitməyəcək, amma bu mübarizə Ukraynanın daxilində siyasi rəqabət məsələsində ikinci plana keçməlidir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info